ONN İnformasiya Agentliyi

Çiyələkli keks- RESEPT

Çiyələkli keks- RESEPT
01 May 2018 - 14:29

Uşaqları dadlı şirniyyatla sevindirmək istəyirsinizsə, bu reseptdən istifadə edin. Keks bişirdikdə zövqə görə albalı, moruq istifadə etmək olar. ONN media sizə çiyələkli keksin reseptini təqdim edir.
Lazım olan məhsullar
– Un – 2 stəkan
– Yumurta – 3 dənə
– Kefir – 250 qr
– Kərə yağı – 70 qr
– Şəkər tozu – 1 stəkan
– Duz – 1 çimdik
– Qabartma tozu – 1 paket
– Çiyələk – 250 qr

 

Hazırlanması:
1. Yumşaq kərə yağı şəkər tozu ilə yaxşı çalın.
2. Yumurtanı ayrı qabda çalın və yağlı-şəkərli kütləyə əlavə edin.
3. Kefir əlavə edin və yaxşı qarışdırın.
4. Un, qabartma tozu və duz əlavə edin və yenə yaxşı qarışdırın.
5. Xüsusi selikon formalara əvvəl kəsilmiş çiyələk qoyun, üzərinə qaşıqla xəmir qoyun (bir qədər yer qalmalıdır – təxminən 0,5 sm).
6. Keksləri əvvəlcədən 160 C kimi qızdırılmış sobada üstü bərk olana kimi bişirin.
Nuş olsun!

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png