ONN İnformasiya Agentliyi

Ləzzətli alman tortu – RESEPT

Ləzzətli alman tortu – RESEPT
17 Aprel 2018 - 15:32

Mağazadan alınan tortların dadını bəyənməyənlər onu evdə özləri hazırlamaq istəyirlər.

ONN media sizə evdə hazırlaya biləcəyiniz ləzzətli alman tortunun reseptini təqdim edir.

Lazım olanlar:

3 yumurta

1 stəkan şəkər tozu

1 stəkan süd

3 stəkan duru yağ

Qabartma tozu

Kremi üçün

Yarım litr süd

3 qaşıq un

1 stəkan şəkər tozu

1 yumurta

1 qaşıq kərə yağı

Vanil

Marmelad

Hazırlanma qaydası:

Bir qabda yumurta və şəkər tozunu çalaraq köpükləndirin. Süd, un, yağ və qabartma tozunu əlavə edərək, keks xəmiri yaradın. Xəmiri yağlanmış soba qabına töküb 160 dərəcədə əvvəlcədən isidilmiş sobada üzəri qızarana qədər bişirin. Bişəndən sonra sobadan çıxarıb soyudun.

Kremin hazırlanması:

Kremini hazırlamaq üçün ərzaqları qazanda tündləşənə qədər qarışdıraraq bişirin. Krem hazır olduqda keksinizi ortadan iki hissəyə bölün. Arasına bütün kremi töküb yayın. Üzərinə istədiyiniz qədər marmelad tökün. Keksin üst qismini bağlayın və pudra şəkəri ələyin. Soyuduqdan sonra servis edə bilərsiniz.

Nuş olsun!

 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png