ONN media xəbər verir ki, 2-3 iyun 2018-ci il tarixlərində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) rəisi vəzifəsini icra edən Bayandur Rzayev ölkəmizin Qərb bölgəsinin-Qazax, Tovuz və Goranboy rayonlarının sərhəd kəndlərində səfərdə olub. Səfər əhalinin fərdi təsərrüfatlarında saxlanılan heyvanların xəstəliklərə qarşı profilaktik peyvəndlənməsi, şəffaflığın təmin edilməsinə nəzarət və heyvan sahibləri ilə görüşlər keçirmək məqsədi ilə təşkil olunub.
Səfər çərçivəsində B. Rzayev Ermənistanla həmsərhəd olan Qazax rayonunun Məzəm kəndində, həmçinin digər cəbhəyanı ərazilər- Tovuz rayonunun Əlibəyli və Yuxarı Öysüzlü kəndlərində, Goranboy rayonunun Tapqaraqoyunlu kəndində fermer və sahibkarla görüşüb. B.Rzayev xırdabuynuzlu heyvanların “Rev-1” ştammı, iribuynuzlu heyvanların “S-19” ştammı ilə brusellyoz xəstəliyinə qarşı profilaktiki peyvəndləmə tədbirlərinin aparılması, brusellyoz və iribuynuzlu heyvanların yoluxucu nodulyar dermatit xəstəliklərinə, xırdabuynuzlu heyvanlarda dabaq xəstəliyinin A, O tiplərinə qarşı aparılan peyvəndləmə tədbirlərinə nəzarət məqsədi ilə baytarlıq baxışı keçirib.
Görüşlərdə B.Rzayev heyvanların sağlamlıq durumuna dair aparılan baytarlıq tədbirlərinin keyfiyyətindən, şəffaflığın təmin edilməsi istiqamətində görülən işlərdən, heyvanların baytarlıq-sanitariya qaydalarına uyğun saxlanılmasından və peyvəndləmələrin əhəmiyyətindən danışıb.
Dövlət Xidmətinin rəisi vəzifəsini icra edən Bayandur Rzayev görüşlərin sonunda fermerlərə müvafiq tövsiyyələrini verib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, ölkədə iti yoluxucu xəstəliklərin qarşısını almaq üçün rayon (şəhər) baytarlıq idarələri kifayət qədər dərman preparatları, dezinfeksiya və dezinseksiya maddələri ilə təmin edilib. Respublikada iti yoluxucu xəstəliklərə görə epizootik vəziyyət sabitdir və bu sabitliyin qorunub saxlanması istiqamətində profilaktik və təşkilati tədbirlər mütəmadi olaraq davam etdirili



Bölgələrdə peyvəndləmə işləri yoxlanılır
Bayandur Rzayev: “Fermerlərin müraciətlərinin çevik və operativ cavablandırılması vacibdir”
Qarabağda vəhşi heyvanlar peyvəndlənir
Gecə cəbhədə baş verənlər
Cəbhədən YENİ XƏBƏR
Atəşkəs 20 dəfə pozulub
Rusiya ilə həmsərhəd rayonlara vaksin göndərilib
Ucarda peyvəndləmə işləri davam etdirilir
Cəbhədə silahlar susmadı
Ermənilər atəşkəs rejimini 131 dəfə pozub
Ermənistan silahlı qüvvələri atəşkəsi 27 dəfə pozub
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 