ONN media xəbər verir ki, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədi ilə iyunun 19-da “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ölkəmizə Macarıstan Respublikasından macar cinsli 125 baş (onlardan 122 başı ana, 3 başı isə erkək) camış gətirilib. Gətirilən heyvanlar lizinq yolu ilə Ucar rayonunun Təzə Şilyan kəndində yerləşən Məmmədov Məzahirə məxsus təsərrüfata verilib.
İyulun 20-dən təsərrüfata Ucar Rayon Baytarlıq İdarəsi tərəfindən baytarlıq baxışı keçirilərək karantin qoyulub.
İyulun 24-də isə təsərrüfata gətirilən camışlarda epizootik tədbirlər planına uyğun olaraq dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbiri aparılıb. 125 baş camışda aparılan peyvəndləmə tədbiri Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) Ucar rayonuna ezam edilmiş əməkdaşlarının iştirakı ilə aparılıb. Aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” prinsipinə uyğun icra edilib.
Tədbirin sonunda təsərrüfat sahibinə lazımı baytarlıq tövsiyələri verilib.
Qeyd edək ki, iri və xırdabuynuzlu heyvanlar dabaq xəstəliyinə həssasdır. İribuynuzlu heyvanlarda dabaq xəstəliyinə qarşı A,O,Asiya-1 tipli polivalent vaksinlə peyvənd aparılır. Peyvənd vasitəsi bir baş qaramala bir doza (2ml) miqdarında boyun nahiyəsinə dərialtına inyeksiya edilir.
Dövlət Baytarlıq Xidməti tərəfindən rayon(şəhər) baytarlıq idarələri profilaktik tədbirlərin aparılması üçün lazımi avadanlıq və biopreparatlarla təmin olunub.
Dövlət Baytarlıq Xidməti bildirir ki, ölkə ərazisində dabaq xəstəliyinə qarşı 2018-ci ilin 6 ayı ərzində 2566041 baş iribuynuzlu, 4819445 baş xırdabuynuzlu heyvanlarda peyvəndləmə aparılıb və epizootik sabitlik qorunub saxlanılıb.



Bölgələrdə peyvəndləmə işləri yoxlanılır
Rusiya ilə həmsərhəd rayonlara vaksin göndərilib
Bayandur Rzayev: “Fermerlərin müraciətlərinin çevik və operativ cavablandırılması vacibdir”
Sərhəd kəndlərində növbəti görüş keçirilib
Qoyun və keçilərdə çiçək xəstəliyinə qarşı peyvəndləmə tədbirləri aparılır
Dövlət Baytarlıq Xidməti xəbərdarlıq edir
Bu dərmanları satanlar ciddi cəzalandırılacaq -FOTOLAR
“Quş qripi” ilə bağlı AÇIQLAMA
Kənd təsərrüfatı yükləri daşıyan vaqonlar da dezinfeksiya olunur - SƏBƏB?
Qarabağda vəhşi heyvanlar peyvəndlənir
Bu rayonda yaşayanların NƏZƏRİNƏ
Heyvanların peyvəndlənməsi işi davam etdirilir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 