ONN media xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi vəzifəsini icra edən Bayandur Rzayev Ağsu və Göyçay rayonlarına səfər edib. Səfərdə məqsəd heyvan xəstəliklərinə qarşı aparılan profilaktiki peyvəndləmə və şəffaflığın təmin edilməsi proseslərinə nəzarət etmək olub.
Bayandur Rzayev baytarlıq idarələrinin diaqnostik kabinetlərinə, soyuducu kameralarına və digər inzibati bölmələrinə baxış keçirib, idarələrin maddi-texniki təminatı, baytarlıq kadrlarının təhsil səviyyəsi və iti yoluxucu xəstəliklərə qarşı aparılan peyvəndləmə tədbirlərinin nəticələri ilə yaxından tanış olub. O fermerlərin müraciətlərinin idarələr tərəfindən dinlənilərək çevik və operativ cavablandırılmasının vacibliyini qeyd edib.
Səfər çərçivəsində keçirilən görüşlərdə B. Rzayev heyvanların sağlamlıq vəziyyətinə dair aparılan baytarlıq tədbirlərinin keyfiyyəti, ölkənin epizootik sabitliyinin qorunması, heyvanların cins tərkibinin yaxşılaşdırılması, yeni innovasiyaların tətbiqi, müasir heyvandarlıq komplekslərinin yaradılması və genişləndirilməsi barədə danışıb. O bildirib ki, bölgələrə səfərin əsas məqsədlərindən biri də baytarlıq idarələri tərəfindən aparılan müalicə-profilaktika və dezinfeksiya tədbirləri ilə yerində tanış olmaq, dövlət tərəfindən heyvanlar üçün verilən peyvənd vasitələrinin “soyuq zəncir” prinsipinə uyğun yerlərə çatdırılaraq şəffaf formada tətbiqinə nəzarət etmək, eləcə də yerlərdə çalışan baytarlıq mütəxəssislərinin iş şəraiti, təminatı və təhsil səviyyələri ilə yaxından tanış olmaqdır.
Görüşlərdə xidmət tərəfindən həyata keçirilən baytarlıq tədbirləri, gənc kadrların işlə təminatı məsələləri müzakirə olunub, əməkdaşların istək və arzuları dinlənilib. Həmçinin, respublikanın epizootik sabitliyinin saxlanılması sahəsində yerlərdə görüləcək tədbirlər barəsində baytarlıq idarələrinə müvafiq tapşırıq və göstərişlər verilib



Bölgələrdə peyvəndləmə işləri yoxlanılır
Sərhəd kəndlərində növbəti görüş keçirilib
Dövlət Baytarlıq Xidmətinə yeni rəis təyin olunub
Qarabağda vəhşi heyvanlar peyvəndlənir
Ucarda peyvəndləmə işləri davam etdirilir
“Quş qripi” ilə bağlı AÇIQLAMA
Azərbaycanda “Quş qripi” ilə bağlı monitorinq başlayıb
Prezident fərman imzaladı
Baytarlıq Xidmətindən icra başçılarına müraciət
Rusiya ilə həmsərhəd rayonlara vaksin göndərilib
Bu dərmanları satanlar ciddi cəzalandırılacaq -FOTOLAR
Dövlət Baytarlıq Xidməti xəbərdarlıq edir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 