Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Heydər Əliyev prospekti ilə İsrafil Məmmədov küçəsinin kəsişməsində yerləşən 9 mərtəbəli binanın və ətraf ərazilərin sakinləri ilə görüşüb.
Bu barədə ONN media-ya İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.
Niyazi Bayramov bildirib ki, görüş Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq keçirilir.
O deyib ki, məqsəd sakinlərin problemlərini öyrənmək və onların həlli yollarını tapmaqdır. “Açıq mikrafon” şəraitində keçən görüşdə vətəndaşlar öz şikayətlərini dilə gətirib, müxtəlif təkliflərlə çıxış ediblər. Səslənən müraciətlər arasında işlə təminat, Qarabağ müharibəsi iştirakçıları və Çernobıl əlillərinə sanatoriyalara göndərişlərin verilməsi, adı çəkilən ərazidə bankomatların quraşdırılması, torpaq sahələrinin verilməsi üçün sakinlərin növbəyə götürülməsi və digər məsələlər öz əksini tapıb.
Ümumilikdə 40-dan artıq şikayət və təklif dinlənilib. Bir çox məsələlər yerindəcə öz həllini tapıb, digər problemlərin araşdırılaraq aradan qaldırılması üçün aidiyyatı qurum və şəxslərə müvafiq tapşırıqlar verilib.



Niyazi Bayramov Şeyxzamanlı qəsəbəsinin sakinləri ilə görüşüb
Niyazi Bayramov şəhid ailələri və Qarabağ əlilləri ilə görüşüb
Niyazi Bayramov sakinlərlə görüşüb
Niyazi Bayramov növbəti səyyar qəbul keçirdi
Niyazi Bayramov sakinlərlə görüşüb
Gəncədə şəhər rəhbərliyi ilə sakinlərin növbəti görüşü baş tutub
Niyazi Bayramova “Şərəf və ləyaqət” ordeni təqdim olunub
Gəncə İH-də kadr dəyişikliyi
Niyazi Bayramov Gəncənin fəal gəncləri ilə görüşüb
Daha bir məmur işdən çıxarıldı
Prezidentdən Elmar Vəliyevlə bağlı MÜHÜM SƏRƏNCAM
Prezident sənədsiz evlərlə bağlı tapşırıq verib – İşçi qrupu yaradılıb
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 