ONN İnformasiya Agentliyi

Lənkəranda ana doğuşdan sonra ölüb

Lənkəranda ana doğuşdan sonra ölüb
03 Fevral 2020 - 19:33

Lənkəran rayonunda 24 yaşlı ana doğuşdan sonra ölüb. 

ONN media xəbər verir ki, rayonun Girdəni kənd sakini, 1996-cı il təvəllüdlü Gülnar Rauf qızı Babayeva 38-39 həftəlik hamilə diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Perinatal Mərkəzinə daxil olub. 

Doğuşa hazırlıq prosedurundan sonra bu gün səhər saatlarında G.Babayeva qeysəriyyə yolu ilə dünyaya uşaq gətirib. Əməliyyatdan sonra qadında qanaxma başlayıb. Zərurət səbəbindən xəstə yenidən əməliyyata alınıb. Həkimlərin səylərinə baxmayaraq, G.Babayevanın həyatını xilas etmək mümkün olmayıb. 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png