ONN İnformasiya Agentliyi

Selə görə Lahıc və İsmayıllı arasında əlaqə kəsildi

Selə görə Lahıc və İsmayıllı arasında əlaqə kəsildi
30 İyun 2023 - 19:23

İsmayıllıya yağan leysan xarakterli yağışdan sonra dağlardan gələn sel suları, lil qatı, qaya parçaları İsmayıllı-Lahıc avtomobil yolunun üzərinə tökülüb.

ONN media xəbər verir ki, bu səbəbdən avtomobil yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Bununla da Lahıc qəsəbəsi də daxil olmaqla, bir neçə kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib.

Yolların açılması üçün əraziyə canlı qüvvə və texnika cəlb olunub. Hazırda İsmayıllıdan keçən çaylarda gursululuq müşahidə olunur.

Sel səbəbindən Lahıc qəsəbəsinə dəymiş zərər araşdırılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png