Azərbaycanda tibb işçilərinin aldıqları məvacib son illərdə cəmiyyətin ən çox müzakirə etdiyi sosial-iqtisadi məsələlərdən biridir.
Xüsusilə səhiyyə sistemində aparılan islahatlar, dövlət və özəl sektor arasında fərqlər, eləcə də həkim və orta tibb personalının iş yükü bu mövzunu daha da aktuallaşdırır.
Bir tərəfdən əhalinin keyfiyyətli tibbi xidmətə çıxışı prioritet sayılırsa, digər tərəfdən bu xidməti göstərənlərin sosial rifahı və maddi təminatı diqqət mərkəzində dayanır.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc hesab edir ki, səhiyyə sektorunda həm rəsmi, həm də qeyri-rəsmi gəlir mexanizmləri mövcuddur:
"İstər dövlət, istərsə də özəl tibb müəssisələrində rəsmi maaşlar bir çox hallarda yüksək hesab edilmir. Bu səbəbdən həkimlər və digər tibb işçiləri bir neçə tibb müəssisəsində çalışaraq aylıq gəlirlərini formalaşdırırlar.
Uzun illər mövcud olmuş qeyri-rəsmi ödənişlər sistemi müəyyən mənada aşağı rəsmi maaşları kompensasiya edib. Lakin bu, sistemli və arzuolunan model hesab edilə bilməz. Səhiyyə sahəsində şəffaf və yüksək rəsmi əməkhaqqı sistemi qurulmalıdır. Əks halda, paralel gəlir mexanizmləri qalmaqda davam edəcək".
V.Orucun fikrincə, səhiyyə sistemində islahatlar davam etdikcə rəsmi maaşların mərhələli şəkildə artırılması daha real görünür:
"Bu isə həm tibbi xidmətin keyfiyyətinə, həm də vətəndaş məmnuniyyətinə müsbət təsir göstərə bilər. Uzunmüddətli perspektivdə tibb işçilərinin sosial rifahının yüksəldilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmalıdır".



Həkimlərə şad xəbər- Maaşlar...
Bu tibbi heyətlə bağlı mühüm addımlar atılır - RƏSMİ AÇIQLAMA
Prezidentin həkimlərə ayırdığı vəsait niyə verilmir? - RƏSMİ AÇIQLAMA
Bu şəxslərə BEŞQAT MAAŞ VERİLƏCƏK - SƏRƏNCAM
İcbari tibbi sığorta ilə bağlı YENİ QAYDALAR
TƏBİB işçilərinə ŞAD XƏBƏR
Pulsuz tibbi xidmət hansı xəstəxanalarda keçərlidir? - SİYAHI
Morq işçilərinin yeni maaşı müəyyənləşdi
Özəl klinikalara göndəriş dayandırılıb?- Rəsmi
Azərbaycanda qripə qarşı vaksinasiya prosesi başladı
Azərbaycanda koronavirusa yoluxan tibb işçilərinin sayı məlum oldu
Bakıda məşhur xəstəxana təmirə bağlanır? - RƏSMİ AÇIQLAMA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 