“TikTok” əməliyyatı ilə həbs edilən aparıcı Azər Zahid və digərləri həbs qərarından narazıdır.
ONN media xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində əvvəlcə A.Zahidin şikayətinə baxılıb.
Qumar oyunlarının təşkili və cinayət yolu ilə qazanılmış pulların leqallaşdırılmasında ittiham olunan aparıcı barəsindəki qərarın ləğv edilərək sərbəst buraxılmasını istəyib.
Amma yuxarı instansiya məhkəməsi aparıcının dediklərini əsaslı hesab etməyib, Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədovanın 4 aylıq həbs qətimkan tədbiri qərarını qüvvədə saxlayıb.
Eyni gündə narkotik cinayəti ilə əlaqədar saxlanılan digər tiktokçuların da şikayətinə baxılıb.
“Magerramoff” adı ilə tanınan Əmrah Məhərrəmovun və Nuh Məmmədovun hüquqlarını vəkil Yusif Seyfəlov müdafiə edir. Vəkil deyib ki, müvəkkilləri barəsindəki həbs qərarından verilmiş apellyasiya şikayətləri təmin edilməyib.
Tiktokçulardan yalnız Zəhra Abbasovanın şikayəti qismən təmin edilib. Onun barəsindəki həbs qərarı ev dustaqlığı ilə əvəz edilib. Zəhra məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, “TikTok”da əxlaqsızlığın təbliğinə qarşı əməliyyat polis tərəfindən keçirilib. Saxlanılan şəxslər müxtəlif cinayətətlərdə təqsirləndirilirlər



Əsgər Ağayevin şikayəti təmin edilmədi
Həbs edilən gömrük generalının şikayəti rədd edildi
Jurnalist Mahir Xəttabdan YENİ XƏBƏR VAR
Muradov barəsində hökmdən verilmiş şikayətlə bağlı - Qərar
Eldar Həsənovdan YENİ XƏBƏR var
Rafael Cəbrayılovun qardaşı həbs edildi
Həbs edilmiş Tonoyanın müraciəti rədd edildi
Azərbaycanda məşhur restoranın sahibi HƏBS EDİLDİ
Daha bir tiktoker həbs olundu
Bakıda həbs olunan sabiq səfirdən yeni xəbər
Aytac Əliyevanın bacısı azadlığa buraxıldı
Tanınmış aktyor həbs olundu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 