Tanınmış aparıcı Şəhriyar Əbilov uzun illər çalışdığı Azərbaycan Dövlət Televiziyasından (AzTV) ayrıldığını açıqlayıb.
ONN media xəbər verir ki, o, bu barədə sosial media hesabında paylaşım edib.
"Uzun illərdir ki, Azərbaycan Dövlət Televiziyasında çalışırdım. Bu illər ərzində bir-birindən dəyərli və yaddaqalan layihələrə imza atdım. Bu televiziya mənim üçün sadəcə bir iş yeri yox, həm də dostlar qazandığım, gözəl insanlarla tanış olduğum, böyük bir ailəyə çevrilmiş bir mühit oldu.
Ancaq hər bir başlanğıcın bir sonu olduğu kimi, bu yolun da sonuna gəlib çatdım. Bu gündən etibarən Azərbaycan Dövlət Televiziyası ilə yollarımı ayırıram. Bu vaxta qədər mənimlə çiyin-çiyinə çalışan rəhbərliyə və bütün kollektivə ürəkdən təşəkkür edirəm - göstərilən münasibət, verilən dəyər və dostyana davranış üçün minnətdaram.
Həyat davam edir. Qarşıda yeni kanallar, yeni layihələr və yeni başlanğıclar məni gözləyir. Hər kəsə uğurlar arzulayıram. Haqqınızı halal edin - mən də öz haqqımı halal edirəm".
Qeyd edək ki, Ş.Əbilov son olaraq "Düşən pullar" verilişinin aparıcısı olub



Nərgiz Cəlilova yeni vəzifəyə təyin olundu
Daha bir əməkdaşı ATV-ni TƏRK ETDİ
Tanınmış aparıcı 5 ildir çalışdığı telekanalı TƏRK ETDİ - FOTO
Məşhur aparıcı vəfat etdi
AzTV-də yeni TƏYİNAT
Tanınmış aparıcıya vəzifə verildi
Tanınmış jurnalistə AzTV-də vəzifə verildi
Nərgiz Cəlilovaya yeni vəzifə verildi
Məşhur aparıcı ARB-dən getdi
Murad Dadaşov məşhur aparıcını Xəzər TV-yə gətirdi
Məşhur aparıcı ARB TV -dən getdi
AzTV HD yayıma keçən son kanal oldu?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 