ONN İnformasiya Agentliyi

“Hercai”nin məşhur aktrisasından ad günü ilə bağlı ÇAĞIRIŞ

“Hercai”nin məşhur aktrisasından ad günü ilə bağlı ÇAĞIRIŞ
14 May 2020 - 13:08

Mayın 18-i Ebru Şahinin doğum günüdür.

ONN media Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisanın 26 yaşı tamam olacaq. Bu münasibətlə “Hercai” serialının tanınmış ulduzu 2 milyon 800 min izləyicisi olan instaqram hesabında pərəstişkarlarına çağırış edib:

“Heç kimdən hədiyyə, gül gözləmirəm. Hamımızın evdə olduğumuz bu müddətdə sadəcə yaxşı olmağınızı istəyirəm. “Yaxşılıq et” sosial hədiyyə platforması vasitəsi ilə xərçəngsiz həyat adlı kampaniya açdım. Böyük və kiçik ianələriniz məni çox sevindirəcək”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png