Üç ay müddətində həyəcan dolu anların yaşandığı VII Muğam Televiziya Müsabiqəsi başa çatır. ONN media Azərtac-a istinadən xəbər verir ki, iyunun 15-də Heydər Əliyev Mərkəzində keçirilən final gecəsi 7 gənc iddiaçının dolğun ifaları ilə yadda qalıb. Bildirilib ki, gözəl mədəniyyət hadisəsi kimi yadda qalan Muğam Televiziya Müsabiqəsinin finalı ölkəmizin salnaməsinə qızıl həriflərlə yazılmış ictimai-siyasi hadisəni - Milli Qurtuluş Gününü bayram etdiyimiz tarixi məqama təsadüf edir. Vurğulanıb ki, xalqımızın həmişə fəxr etdiyi, orijinal forma və məzmunu ilə seçilən muğam sənəti qərinələrdən keçərək müasir dövrümüzə çatıb. Mədəniyyətimizin nəinki Şərq aləmində, Avropada, bütün dünyada tanıdılmasına səbəb olub. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə milli-mənəvi dəyərlərimizin daşıyıcısı olan xalq sənət nümunələri UNESCO-nun mədəni irs siyahısına daxil edilib. Bu nümunələrdən biri də muğamdır. Heydər Əliyev Fondunun muğam sənəti ilə bağlı həyata keçirdiyi layihələr sırasında Muğam Televiziya Müsabiqəsi xüsusi yer tutur. 2005-ci ildən başlayaraq iki ildən bir keçirilən müsabiqə muğam irsimin qorunub saxlanılmasına, gələcək nəsillərə ötürülməsinə, gənc istedadların aşkara çıxarılmasına xidmət edir. Heydər Əliyev Fondunun dəstəyi, AzTV-nin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin iştirakı ilə Mədəniyyət Fondunun layihəsi əsasında keçirilən müsabiqə əsl muğam marafonuna çevrilib. VII Muğam Televiziya Müsabiqəsinin final gecəsində 7 xanəndə - Vəliş Mirzəyev, Faiq Əkbərov, Rəvan Qaçayev, Zülfiyyə Cəbrayılzadə, Murad Rüstəmzadə, İlahə Rüstəmova və Xəyal Hüseynov ifalarını təqdim ediblər. Gecədə İmadəddin Nəsiminin qəzəlləri üstə muğam şöbələri və təsniflər səslənib. Xatırladaq ki, müsabiqənin münsiflər heyətinin tərkibinə Xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Mənsum İbrahimov, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov və müsabiqənin icraçı direktoru, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi daxildir. Münsiflər heyəti sonda ən yaxşı gənc xanəndəni müəyyənləşdirəcək və qaliblər mükafatlandırılacaq. Muğam Televiziya Müsabiqəsinə maraq böyükdür. Bu dəfə müsabiqəyə 400 iştirakçı sənəd verib. Onlardan 20-si layihədə iştirak etmək hüququ qazanıb.
VII Muğam Televiziya Müsabiqəsinin finalı başladı



Beynəlxalq Muğam Mərkəzinin fəaliyyətə başlamasının 10 illiyi qeyd edildi
Zeynal Cabbarzadənin yaradıcılıq gecəsi
İlham Əliyev Ağdama səfər etdi
"Muğam axşamları" layihəsi yeni formatda
Nazir Əbülfəs Qarayev Azərbaycan xalqını təbrik edib
Prezidentdən Əlibaba Məmmədovla bağlı SƏRƏNCAM
UNESCO-nun sertifikatları Anar Kərimova təqdim edildi
“Son 5 ildə Azərbaycanda...” - Mehriban Əliyeva
Azərbaycan Respublikasının Mədəniyyət və Xarici İşlər Nazirliklərinin birgə bəyanatı
"Avroviziya"da Azərbaycandan bir ilk - VİDEO
Seyid Şuşinskinin 130 illiyi qeyd ediləcək
Heydər Əliyev Mərkəzinin parkında muğam-caz konserti olub
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 