Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) bərbər və gözəllik salonuna gedənlərə koronavirusdan qorunmaq üçün bəzi tövsiyələr verib. ONN media xəbər verir ki, tövsiyələrdə adıçəkilən yerlərə getmədən öncə qəbul saatı almağın vacibliyi vurğulanıb. “Gedərkən mütləq maska taxılmalı, məkanda olan müddətdə ehtiyac olmadıqca maska çıxarılmamalı, maskanın doğru istifadə qaydalarına riayət edilməlidir. Məkana çatan kimi su və sabunla əllər yuyulmalı və ya spirt əsaslı məhluldan istifadə olunmalıdır. Digər müştərilərlə insanlar arasında ən azı 3-4 addım məsafə saxlanılmalıdır. Səthlərə və ortaq istifadə ilə qoyulan qəzet, jurnal və s. əşyalara toxunulmamalı, toxunulsa da əllər su və sabunla yuyulmalı və ya spirt əsaslı məhluldan istifadə edilməlidir. Yemək-içmək üçün heç nə istənilməməlidir. Dəsmalların və ya istifadə olunan alətlərin birdəfəlik istifadə olunduğuna diqqət edilməlidir. Əşyalar daha öncə istifadə edilibsə, personala xəbərdarlıq edilməlidir. Sizə hansı insanların xidmət etdiyini qeyd edin. Bununla sizin və ya xidmət personalının COVID-19 testinin pozitiv çıxacağı halda, təmaslarının aşkarlanması daha asan olacaq. Mümkün olduğu qədər kredit kartı və ya bank kartı ilə təmassız ödəniş edin”, TƏBİB-dən bildirilib.
Bərbər və gözəllik salonlarına gedənlərə - XƏBƏRDARLIQ



Növbədə gözləmə qaydaları AÇIQLANDI
TƏBİB-dən alış-verişlə bağlı çağırış
Ev şəraitində antiseptik
Restoranlar üçün yeni qaydalar tətbiq olunacaq
Azərbaycanda koronavirusdan sağalan xəstələr haradadır?
Buna görə cərimə tətbiq edilməlidir- Baş infeksionist
İctimai nəqliyyat vasitələrindən istifadə qaydaları açıqlandı
Rayonlara gediş-gəliş yalnız bu halda BƏRPA EDİLƏ BİLƏR
Məktəblərdə bufetlər hansı qaydalarla işləyəcək?
Bu şəxslər cərimələnəcək - BŞBPİ-dən XƏBƏRDARLIQ
Azərbaycanda restoran və kafelər belə işləyəcək - RƏSMİ
Çimərlik və su istirahət mərkəzlərinin işləmə qaydası açıqlandı - RƏSMİ
DİM rəsmi məlumat yaydı
Magistraturaya qəbul imtahanının nəticələri elan olundu
“Qarabağ” Medina ilə bağlı rəsmi açıqlama yaydı
Prezident bu bankın sədrini təltif etdi
Prezident onları təltif etdi
Temperatur 36 dərəcəyə yüksələcək
"İdrak"da müəllimi güllələyən şagirdlə bağlı qərar
Maştağada 62 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb
Övladı birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ
Nabran yolu nə vaxt açılacaq?
Xəzər dənizində zəlzələ oldu
Messi rekordları alt-üst etdi
Məryəmin orqanları 6 nəfərə həyat verdi
Şükürbəyli kəndinə daha 45 ailə yola salınıb
"Qarabağ" Elvinin yerinə Lanqanı gətirir 