Şirniyyat, duzlu, acı və ya ədviyyatlı yemək istəyi əslində hansı duyğuları yaşadığımıza dair ipucu verə bilər. ONN media xəbər verir ki, alimlər müxtəlif dadların hansı reaksiyalara yol açması barədə araşdırma aparıb. Məlum olub ki, insanlar gizli və basdırılan duyğularını müxtəlif yollarla, o cümlədən qida ilə ifadə edirlər. İnsanlar üçün qida bioloji zərurətdən daha çox məna ifadə edir. Simvolik baxımdan qida mənəviyyata da aiddir. Necə sevdiyimizi və necə sevildiyimizi, əslində yemək istəyi ilə müəyyənləşdirmək mümkündür. O cümlədən dünya-aləm ilə qarşılıqlı münasibətimizi. Yeməkdən imtina edən və ya çox az yeyən insan müəyyən mənada həyat eşqinin azaldığını və yaşamaq istəmədiyini ifadə edir. Birinin həddindən artıq yeməsi isə həqiqi və ya xəyali təhlükədən xilas olmaq istəyini göstərir. Odur ki, yediklərimiz ovqatımız, müəyyən mənada psixoloji vəziyyətimiz haqqında məlumat verə bilər. Teorik olaraq, hər hansı yaxşı hazırlanmış yemək bizim üçün dadlı olmalıdır, çünki onlar bədəni lazımi qida maddələri ilə təmin edir, ehtiyacımızı ödəyir. Ancaq bəzi yeməkləri digərlərindən daha çox sevirik. Niyə? Qidalanma mütəxəssisi Diana Miniks müxtəlif məhsulların arxasında gizlənən hisslərin şifrələrini açmağa çalışıb. O, tədqiqat nəticəsində müəyyən edib ki, acı, ədviyyatlı yemək və kədər arasında əlaqə var. Acı yeməklər "Acı" və ya "ədvalı" sözləri artıq təkcə yeməkləri xarakterizə etmir. Bu sözlərlə biz həyatımızı coşqu və ya heyranlıqla dolduran hadisələri və ya insanları təsvir edirik. Bir növ bənzətmə kimi. "Həyatımın duzu-istiotu qaçıb" ifadəsi əslində maraqlı və ya həyəcanverici duyğuların həsrətində olduğumuzu bildirir. İnanın, bu sözləri təsadüfən işlətmirik. Həkim Miniksin dediyinə görə, kədərləndiyimiz zaman ədviyyalı yeməyə can atırıq və heç olmasa bu yolla cansıxıcı həyatdan xilas olmağa cəhd edirik. Həyatımıza daha çox duyğu, macəra, ruh yüksəkliyi və ehtiras əlavə etmək istədiyimiz üçün ədviyyatlı yeməklərə üstünlük veririk. Çox vaxt həqiqətən nə üçün belə yeməkləri seçdiyimizin səbəbini bilmirik və ya bəlkə də bilirik, ancaq həyatın özündə yenilikləri sınamaqdan qorxuruq. Və çalışırıq ki, ədviyyatlı yeməklə sönməmiş arzuları kompensasiya edək. Un məmulatları Bu kateqoriyalı yeməkləri arzulayan insanlar daha çoxdur. Bəzi insanlar yalnız torta və şirniyyatlara meylli olur. Bəs bu niyə baş verir? Şirniyyat istəyən insanlar gündəlik iş rejimindən tükənir. Onlar itirilmiş enerjini qaytara bilən sehrli çubuq kimi karbohidratlara üz tuturlar. Şirniyyatlar onlara ən azı simvolik olaraq həyatlarında çatmayan sevinci qaytarmağa kömək edir.
Nə yemək istədiyini de, nə hiss etdiyini söyləyim - EKSPERT GİZLİ ŞİFRƏNİ AÇDI



Nə yemək istədiyini de, nə hiss etdiyini söyləyim - EKSPERT GİZLİ ŞİFRƏNİ AÇDI
Hər gün eyni qidanı yemək... - AÇIQLAMA
Gizli xəstəlikləri İFŞA EDƏN QİDALAR BUNLARDIR
İybilmə duyğusu zəifləyibsə...
Tez-tez acmaq, daim yemək istəmək: Ciddi səbəblər ÜZƏ ÇIXDI
Yeməkdən doymayan bürclər - Kimlər həyatın mənasını qidalanmaqda görür?
Acı sağlamlığa necə təsir edir?
Yemək yeyəndə su içmək olarmı?
Bu diyeta və qidalar ürəyi məhv edə bilər - Kardioloq
Ramazanda düzgün qidalanmağın yolları
Dünya şöhrətli professor qadınları gözləyən TƏHLÜKƏNİ AÇIQLADI
Zob xəstəliyi zamanı hansı qidaları yemək lazımdır?
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK
Bu ölkə İrana nota verdi 