Rus sülhməramlıları Qarabağda sülhü qorumaq üçün hər şeyi edir. ONN media xəbər verir ki, bunu Rusiya Müdafiə naziri Sergey Şoyqu deyib. O bildirib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Ofisinin nümayəndələri ilə qarşılıqlı əlaqə qurulub. Nazirin qeyd etdiyi kimi, sülhməramlı kontingentin münaqişə zonasına gətirilməsi bölgədəki vəziyyəti normallaşdırmağa imkan verib: "İmzalanmış üçtərəfli atəşkəs bəyanatının şərtlərinə hörmət edilir. Qeyd etmək istərdim ki, hərbçilərimiz peşəkarcasına hərəkət edir və bölgədə sülhün qorunması üçün hər şeyi edirlər". Rusiya Müdafiə Nazirliyi rəhbərinin sözlərinə görə, 30 mindən çox erməni Qarabağa qayıdıb. Bundan əlavə, Rusiya hərbi qulluqçuları ərazini və yolları partlayıcı maddələrdən təmizləyirlər: "50 hektar ərazi və 17 kilometrdən çox yol təmizlənib. Mindən çox partlayıcı obyekt zərərsizləşdirilib. Laçın dəhlizi və Xankəndinə gedən magistral yolun 28 km hissəsi təmizlənib. Mülki nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib. Bundan əlavə, Şərqi Hərbi Dairənin müasir avadanlıq və əməliyyat bölmələri ilə təchiz olunmuş tibbi dəstəsi Qarabağda yerləşdirilib, mütəxəssisləri şəxsi heyətə və yerli əhaliyə tibbi yardım göstərməyə başlayıb". S.Şoyqu həmçinin qeyd edib ki, sülhməramlıların köməyi ilə Ermənistanla Azərbaycan arasında ölənlərin mübadiləsi davam edir.
Şoyqudan Laçın dəhlizi və Xankəndi ilə bağlı AÇIQLAMA



Rus sülhməramlıları son sutkada nə iş görüb?
Şoyqu Qarabağdakı rus əsgərləri ilə bağlı danışdı: BU TARİXƏ QƏDƏR...
“Laçın dəhlizində ərazi minalardan təmizlənir” - Rusiya MN
Ermənilər Azərbaycanın icazəsi ilə Xankəndidən...
Sülhməramlılarla bağlı ƏN SON MƏLUMAT: 23 noyabrdan bəri...
Rusiyadan Laçın dəhlizi ilə bağlı AÇIQLAMA
Qarabağla bağlı SON MƏLUMAT
Qarabağda 24 minə yaxın hərbi sursat tapıldı
Qarabağda 25 mindən çox silah-sursat tapıldı
Rusiya MN-dən Laçın dəhlizi ilə bağlı AÇIQLAMA
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 