Daxil olan müraciətlərin qəbul edilməsi, vətəndaşlar ilə birbaşa ünsiyyətin qurulması və onları maraqlandıran sualların dərhal cavablandırılması məqsədilə Müdafiə Nazirliyində yaradılan "Qaynar xətt" fəaliyyət göstərir. 2020-ci il ərzində Müdafiə Nazirliyinin “Qaynar xətt”inə 15206 müraciət daxil olub, onlardan 9925-i şifahi cavablandırılıb, 5281-nin həlli ilə bağlı isə nazirliyin müvafiq qurumlarına dərhal sorğular göndərilib. Bu barədə nazirlikdən məlumat verilib. "Təkcə 2020-ci il sentyabr ayının 27-dən 2021-ci il yanvar ayının 10-dək vətəndaşlardan 5465 müraciət daxil olub, onlardan 2269-u şifahi qaydada cavablandırılıb, 3196-sı isə qeydiyyata alınaraq aidiyyəti üzrə araşdırılması və cavablandırılması üçün nazirliyin müvafiq strukturlarına göndərilib. Qeyd edək ki, Vətən müharibəsi dövründə daxil olan müraciətlər əsasən valideynlərin hərbi xidmətdə olan övladları ilə əlaqənin saxlanılması (971 müraciət), şəhid olmuş və itkin düşmüş hərbi qulluqçular haqqında məlumatların alınması (742 müraciət), hərbi qulluqçuların ailələrinə yardım edilməsi (449 müraciət) və könüllü döyüşə getmək (386 müraciət) ilə əlaqədar olub. Ailə-məişət və sosial məsələlərlə bağlı digər müraciətlər də qeydiyyata alınaraq həll olunması üçün nazirliyin müvafiq qurumlarına yönləndirilib", - nazirlikdən bildirilib.
Müdafiə Nazirliyinin “Qaynar xətt”inə nə qədər müraciət olub?



Məhkəmə-Hüquq Şurasında “qaynar xətt” yaradıldı
Ölkədə zorakılığa məruz qalan uşaqların sayı açıqlandı
MN -nin Tibb Baş İdarəsində qaynar xətt fəaliyyətə başlayıb
DİN-in karantin rejimi ilə bağlı "qaynar xətt"i yaradıldı
Nöqsana yol verən 20 məsul şəxs cəzalandırılıb - Nazirlik
Komitəyə 16 mindən çox şəxs müraciət etdi
Daha 5 min nəfərə "Müharibə veteranı" adı veriləcək
Nazirliyin 195-2 Çağrı Mərkəzinə 1800-dək müraciət olub
Yanvar-aprel ayları ərzində Energetika Nazirliyinə 599 müraciət daxil olub
İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə 6 mindən çox müraciət daxil olub
Müdafiə Nazirliyi “Qaynar xətt” nömrələrini AÇIQLADI
MSK-nın “Qaynar xətti”nə 11 müraciət edilib
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 