Türkiyə Səhiyyə Nazirliyinin Koronavirus Elmi Komitəsinin üzvü Dos. Dr. Afşin Emre Kayıpmazın sözlərinə görə, pandemiyanın bitəcəyi tarixi proqnozlaşdırmaq çətindir. O bildirib ki, vaksinasiyanın təsiri ilə yay aylarından həyat tədricən normal vəziyyətə qayıdacaq. ONN media xəbər verir ki, türkiyəli həkim pandemiyadan xilas yollarını açıqlayıb. O bildirib ki, əgər əhali qoyulan tədbirlərə əməl edərsə, vaksin vurdurarsa, yay ayları hazırkı vəziyyətlə müqayisədə daha rahat keçəcək: “Pandemiyanın nə zaman bitəcəyini demək çətindir. Bütün bunlar fevral və mart aylarında əhalinin nə qədər məsuliyyətli olmasından asılı olacaq. Peyvəndin təsirini hiss etmək üçün əhalinin böyük hissəsi peyvənd vurdurmalıdır. Peyvəndin ikinci dozası vurulduqdan bir həftə sonra antikor səviyyəsi yaxşılaşır, iki həftə sonra isə artıq istədiyimiz nəticəni əldə edirik. Bu da ilk dozadan 6 həftə sonraya təsadüf edir. Peyvənd olunan insanlar karantin qaydalarına əməl etməyə, əvvəlki kimi maska taxmağa, sosial məsafəni gözləməyə davam etməlidir. Cəmiyyətdə peyvənd və immunitet səviyyəsi artana qədər tədbirli olmalıyıq”. Həkim qeyd edib ki, ölkələr vaksinasiyaya başlasa da, sözügedən virus bütün dünyada yayıldığıdan təhlükənin nə zaman ötüşəcəyi barədə dəqiq bir fikir bildirmək mümkün deyil: “Bunu əvvəlcədən söyləmək tezdir, amma onu deyə bilərəm ki, vaksinasiya nə qədər sürətlə aparılsa, normal həyata qayıtmaq şansımız bir o qədər çoxdur. Növbəti qış aylarında infeksiya yenidən baş qaldıracaq, amma biz artıq onunla necə mübarizə aparacağımızı bilirik. Cəmiyyət tədbirlərə alışıb. Bunların təsiri ilə vəziyyəti idarə edə biləcəyik. Unutmamalıyıq ki, ehtiyatsız davransaq, vaxtından əvvəl rahatlaşsaq, yoluxma sayı sürətlə yenidən artacaq”.
Pandemiya nə vaxt sona çatacaq?



Bill Qeyts pandemiyanın bitəcəyi tarixi AÇIQLADI
Bayden pandemiyanın BİTƏCƏYİ VAXTI açıqladı
Putin peyvəndin yaratdığı əks təsirlərdən danışdı
Birinci doza vaksin vurduranların nəzərinə: Diqqətli olun!
ÜST pandemiyanın bitəcəyi TARİXİ AÇIQLADI
İri ticarət mərkəzləri və "Mall"larla bağlı AÇIQLAMA - Bu aydan etibarən...
Hamilə qadınlar niyə 12-ci həftədən sonra peyvənd olunmalıdır? - RƏSMİ CAVAB
Peyvənd olunan xanım ilk dəfə danışdı
Hande Harmancı peyvənd vurdurdu
20 yaşdan yuxarı şəxslərdə koronaya yoluxma artır - Həkim
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 