Rusiya sülhməramlı kontingentinin humanitar minalardan təmizlənməsi xidmətinin heyəti Dağlıq Qarabağı partlayıcı obyektlər və partlamamış hərbi sursatlardan təmizləmək işlərini davam etdirir. ONN media xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bu barədə son məlumatları yayıb. Bildirilib ki, istehkamçılar keçmiş Ağdərə rayonu ərazisindəki fərdi evlərin həyətyanı sahələrində partlayıcı maddənin olub-olmaması ilə yanaşı, yaşayış məntəqəsinin ətrafındakı ümumi yollara baxış keçirib. Əməliyyatlar zamanı hərbçilərin təhlükəsizliyini təmin edən və hər cür hava şəraitində ərazini yüksək səviyyədə təmizləməyə imkan verən müasir "Uran-6" robot sistemlərindən istifadə edilib. Aşkarlanan partlayıcı obyektlər xüsusi təchiz olunmuş “Ballıca” təlim meydançasına aparılaraq məhv edilib. Evakuasiya edilə bilməyən sursatlar isə partlayış əməliyyatları zamanı lazımi təhlükəsizlik tədbirləri ilə yerində zərərsizləşdirilib. Ümumilikdə, 23 noyabr 2020-ci ildən bəri Dağlıq Qarabağda 1506 hektar ərazi, 468 km yol, 30 sosial əhəmiyyətli obyekt daxil olmaqla, 1476 yaşayış binası partlamamış hərbi sursatlardan təmizlənib, 24 923 partlayıcı obyekt aşkar edilərək zərərsizləşdirilib.
Qarabağda NƏ BAŞ VERİR? - SON AÇIQLAMA



Ruslar ermənilərin minlərlə hərbi sursatını aşkarladı
Sülhməramlılarla bağlı ƏN SON MƏLUMAT: 23 noyabrdan bəri...
Qarabağda 25 mindən çox silah-sursat tapıldı
Qarabağda NƏ BAŞ VERİR? - SON AÇIQLAMA
SON DƏQİQƏ: Xankəndi ilə bağlı YENİ XƏBƏR
Qarabağda 24 minə yaxın hərbi sursat tapıldı
Qarabağda SON DURUM
Qarabağda 20 mindən çox sursat tapıldı
Rusiyadan Qarabağla bağlı SON XƏBƏR
Qarabağla bağlı SON MƏLUMAT
Rusiyadan Qarabağla bağlı SON DƏQİQƏ AÇIQLAMA
Rusiyadan Xankəndilə bağlı AÇIQLAMA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 