“Bu gün söz almağımın əsas səbəbi ötən iclaslarda hökumət qarşısında qaldırdığım məsələlərə nə yazılı, nə şifahi cavab almamağımdır”.
Bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva parlamentin bu gün keçirilən plenar iclasında deyib.
O bildirib ki, qanunverici orqanın toplantılarında bəzi məsələlərin qaldırılmasının səbəbi məmurlardır: “Çünki bəzi problemləri 2-3 dəfə qaldırıram, bu zaman qurumlardan belə cavab verilir ki, bunu 3 dəfə qaldırıbsınız, daha buna toxunmayın. Bunu demək doğru deyil. Mənim burada hansı məsələlələri qaldıracağımı hansısa məmur müəyyən etmir. Mənim qaldırıdığım məsələləri seçicilərim müəyyənləşdirir. Seçicim gəlir, mənə müraciət edir ki, Birinci Qarabağ müahribəsi qazisidir, əlində məhkəmə qərarı var. Amma qurumlardan cavab ala bilmir. Qurumlara müraciət edirəm, deyirlər baxılacaq. Nə vaxt baxılacaq?! Niyə baxılmır. Adam deyir ki, məhkəmənin qərarı yerinə yetirilmir. Bundan sonra vətəndaşa necə deyə bilərəm ki, məhkəmələrə inanın. Hələ bir sayırlarda neçə dəfə çıxış edilib. Bu sözlərinin müəllifləri kim olduqlarını anladılar”.
Komitə sədri həmçinin bəzi məmurlara deputatlarla danışığına fikir vermələrini tövsiyə edib: “Dövlət məmuru öncə insanlarla, vətəndaşla danışmağı öyrənməlidir. Deputatla danışanda üslublarına diqqət etsinlər. Əgər onlar buna əməl etməsələr, bundan sonra mən onların adlarını da çəkəcəyəm”.
Deputat qeyd edib ki, Göytəpə arxeoloji parkı qurulmur: “Bununla bağlı prezidentin sərəncamı var. Niyə həmin sərəncam yerinə yetirilmir? Buna cavab verin!”. (report)



Qənirə Paşayeva Milli Məclisin sədri olacaq? - Özü AÇIQLADI
Paşayeva icra başçılarına çağırış etdi
Deputatlar özləri üçün ömürlük pasport istədi
“Niyə insanlar saat 8-ə kimi işləməlidir?”
“Elə olmasın ki, burada dediyim, burada da qalsın” -TƏNQİD
Qənirə Paşayeva Tovuzda sakinlərlə görüşüb
Onlara cavab verə bilmirik - Millət vəkili
Milli Məclisin deputatlarına pul mükafatı verildi
Qənirə Paşayeva harada dəfn olunacaq?
Şuşa şəhəri haqqında qanun layihəsi qəbul edildi
Fransanın mövqeyi parlamentdə kəskin TƏNQİD EDİLDİ
Prezident məmurlara XƏBƏRDARLIQ ETDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 