Xarici işlər naziri Elmar Məmmədyarov Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən V Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Paraqvay Respublikası Senatının sədri Fernando Luqo Mendezi qəbul edib.
XİN-in mətbuat xidmətindən ONN media-ya verilən məlumata görə, Azərbaycana səfərindən və V Qlobal Bakı Forumda iştirakından, eyni zamanda keçirilmiş ikitərəfli görüşlərdən məmnunluq duyan F.L.Mendez Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə məhsuldar fikir mübadiləsi aparıldığını bildirib.
Habelə, qonaq sözügedən forumun Azərbaycanı, o cümlədən regionu tanımaq, həmçinin Azərbaycan və Paraqvay münasibətlərinin gələcək perspektivləri barədə düşünmək üçün fundamental platforma olduğunu qeyd edib.
Görüşdə Azərbaycan və Paraqvay arasında əlaqələrin inkişaf etdirilməsi üçün hər iki ölkənin geniş potensiala malik olduğu vurğulanıb. Bu xüsusda, parlament diplomatiyasının, o cümlədən hər iki ölkənin parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərin həyata keçirilməsinin, iki ölkənin XİN-lərarası siyasi məsləhətləşmələrin təşkilinin əhəmiyyəti qeyd edilib.
Nazir Elmar Məmmədyarov 10 sentyabr 2015-ci il və 25 oktyabr 2017-ci ildə Paraqvay Respublikasının Milli Konqresinin Deputatlar Palatası tərəfindən Xocalı soyqırımı ilə əlaqədar bəyanatların qəbul edilməsi və bu faciənin qurbanları ilə həmrəyliyin ifadə olunmasına görə Paraqvay Respublikasının Milli Konqresinə təşəkkürünü ifadə edib.



Prezident İlham Əliyev Paraqvay Senatının sədrini qəbul edib
Azərbaycan XİN başçısının müavini Paraqvay Senatının sədri ilə görüşüb
XİN rəhbəri xanım Birçalla görüşdü - Foto
Nazir Opermanla görüşdü
İlham Əliyev Paraqvay prezidentini təbrik etdi
Elmar Məmmədyarov bir sıra görüşlər keçirdi
Nazir Buriçə Qarabağla bağlı aparılan prosesdən danışdı
Məmmədyarov Polşa Seyminin spikerini Azərbaycana dəvət etdi
Elmar Məmmədyarov Əfqanıstanın yeni Səfirini qəbul edib
XİN başçısı yeni səfirlə görüşdü
Elmar Məmmədyarov AŞPA prezidenti ilə görüşdü
Azərbaycan və Ukrayna XİN rəhbərləri arasında telefon danışığı oldu
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 