Əgər COVIDd-19 PCR testiniz müsbətdirsə (pozitiv), fəqət heç bir şikayətiniz yoxdursa, heç bir müayinə və müalicəyə ehtiyac yoxdur. Nə KT, nə rentgen, nə 30-40 adda qan analizi, nə dərman, nə sistem, heç biri lazım deyil!
ONN media xəbər verir ki, bu sözləri həkim-radioloq Aydın Əliyev deyib.
Həkim COVID-19-la bağlı vacib nüansları sadalayıb:
COVID-19 testi pozitivdirsə, yüngül və orta ağır şikayətləriniz varsa, hətta O2 saturasiyası lap 85-ə düşübsə belə, o saat KT-yə qaçmayın! Saturasiyanı qaldırmaq üçün müvafiq ambulator və ya stasionar müalicə üçün müraciət edin.
COVID-19 xəstəsilə təmasda olmusuz lakin, test neqativdirsə və heç bir şikayət yoxdursa, yenə də təşvişə düşüb heç bir müayinə və müalicə etməyin!
Test neqativdirsə, amma şikayət varsa, qanda COVID-19 İgM-i yoxlatdırın, o da mənfidirsə və O2 saturasiyası aşağıdırsa o halda diaqnoz qoymaq üçün KT müayinəsi lazım ola bilər.
Son günlər yoluxub, lakin xəstəliyi yüngül keçirən, O2 saturasiyası hətta 97-98 olan bir neçə tanışımın lazım olmadığı halda, mənasız yerə KT müayinəsinə gedərək ağciyərlərində 20-30% “buzlu şüşə mənzərəsi” var sözünü eşidəndən sonra dəhşət təşvişə düşərək isterik-panik boğulmaya məruz qaldığını gördüm! Onları qəşəngcə “danlayandan” sonra özlərinə gəldilər.
Canınıza yazığınız gəlsin! Lazım olmadığı halda gedib canınıza və cibinizə ziyan vurmayın! Qorxaq olmayın! COVID və digər xəstəlikləri olduğu halda döyüşərək Şəhid və Qazi olan qardaşlarımızdan ibrət alın!



Həkimdən koronavirusla bağlı VACİB AÇIQLAMA: "Günəş girən evə doktor girməz"
Test vermədən özünü evdə müalicə etmək olmaz - Baş infeksionist
Azərbaycanlı professor koronavirusun yoxa çıxacağı dəqiq tarixi söylədi
Nazirlik MRT və KT müayinələri üçün əks göstərişləri açıqladı
Ölkədə koronavirus qurbanlarının sayı artdı - SON STATİSTİKA
Azərbaycanda son sutkada 359 nəfər COVID-19-a yoluxub, 8 nəfər vəfat edib
Bu təhlükə Azərbaycanın bir addımlığında - VACİB XƏBƏRDARLIQ
Son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Koronavirusa yoluxma ehtimalı olan şəxslərdən testlər evlərdə götürüləcək - RƏSMİ
Koronavirusun ən vacib simptomu budur
COVID-19 testinin qiyməti MƏLUM OLDU
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 