“Artıq 5 aydır ki, koronavirusla savaşda biz də ön cəbhədəyik! COVİD-19 xəstəliyinə qarşı mübarizədə daha effektli uğur əldə etmək üçün bir neçə məqama diqqət yetirmək lazımdır”.
ONN media xəbər verir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev deyib. Eskpert şəxsi praktikasından vacib qeydləri oxucuların diqqətinə çatdırıb.
1. COVİD-19 xəstəliyi pandemiya ilə mübarizədə aidiyyatlı qurumların fəaliyyəti yetərsizdir! Ona görə də özümüz özümüzə kömək etməliyik! Başqa yol yoxdur hələ ki!
2. Panik olmayın! Panika, stress immun sistemi zəiflədir! Bu zaman xəstəliyi daha ağır keçirərsiz! Yəni qorxunun heç bir xeyri yoxdur! Əksinə ziyanı var!
3. Bacardıqca təmiz havada, günəş altında olun, mənzilinizi tez-tez havalandırın! Mənzilinizə günəş şüalarının düşməsini maksimum təmin edin! Türk atalar sözü var: Günəş girən evə doktor girməz!
4. Sağlam qidalanın, bacardıqca təbii qida məhsullarına üstünlük verin! Normal qidalandıqda orqanizm xəstəliklə mübarizə üçün kənardan bütün lazımi maddələri qəbul edir!
5. Xəstəlik əlamətləri olmayınca heç bir müalicə etməyin!
6. Hər gün, hətta gündə bir neçə dəfə bədən temperaturunuzu-hərarətinizi ölçün!
7. Əgər temperaturunuz yüksəlibsə-yəni 37-37,5-ə qədərdirsə təcili yardıma zəng edin və ya özəl klinkada COVİD-19 xəstəliyinə görə analiz verin!
8. Əgər analiz cavabı müsbətdirsə, yəni sizdə koronavirus tapıldısa qəti panik olmayın! Əksər insanlar bu xəstəliyi yüngül keçirir!
9. Temperatur 37,5-ə qədər heç bir dərman qəbul etməyin! Bu dərəcəyə qədər temperatur orqanizmin müdafiə reaksiyasıdır! Ən effektli mübarizəni orqanizm özü aparır! Çünki indiyə qədər hələ ki, virusu dəqiq öldürən dərman preparatı dünyada yoxdur!
10. Temperatur 37,5-dən yuxarı qalxarsa qandan prokalsitonin analizi verin! Əgər prokalsitonin normadan artıqdırsa demək ki, əlavə bakterial infeksiya qoşulub prosesə. O zaman geniş spektrli antibiotik istifadə etmək olar.
11. Yox, əgər prokalsitonin analizi normaldırsa onda antibiotik qəbul etməyin! Antibiotik virusu öldürmür!
12. Prokalsitonin analizi normaldırsa, lakin temperatur 37,5-dən çoxdursa o zaman parasetamol və virus əleyhinə preparatlardan istifadə edin! Fərqi yoxdur hansı olur olsun.
13. Boğulma, təngnəfəslik, hava çatışmazlığı varsa və temperaturun 37 və 37+ olması artıq 3-cü gündürsə döş qəfəsinin-ağciyərlərin kompüter tomoqrafiyası müayinəsini etdirin!
14. Kompüter tomoqrafiyası müayinəsində ağciyərlərdə “buzlu şüşə” mənzərəsi təqribən 20%-dən çoxdursa artlq stasionar müalicə almalısız, yəni xəstəxanaya yatızdırılmalısız! Bunu tələb edin! Təcili yardımdan və poliklinikadan!
15. “Buzlu şüşə” görüntüləri varsa, lakin prokalsitonin analizi normaldırsa antibiotikə ehtiyac yoxdur! “Buzlu şüşə” mənzərəsini yaradan əsas trombozdur, həmişəki bildiyimiz adi pnevmoniya deyil! Bu halda antibiotik kömək etməyəcək! Bu halda yalnız antikoaqulyantlar (məs.: kleksan, fraksiparin), iltihab əleyhinə preparatlar (qeyri-steroid və steroid preparatları-məs. Parasetamol, deksametazon) və spazmolitik preparatlar (lazım olarsa nitroqliserin) kömək edir.
16. Şəkərli diabeti olan şəxslərdə diabetik angiopatiya-damamarların daxili qişasının zədələnməsi olduğundan damardaxili laxtalanma çox ola bilər, yəni xəstəliyin ağırlaşması daha çox rast gəlinir. Bu xəstələrdə antikoaqulyantlar yüksək dozada istifadə edilə bilər! Spazmolitik, antiinflamator və antikoaqulyantlar xəstəliyin müalicəsində çox effektlidir!
17. Bronxial astma, ostruktiv bronxit, ağciyərlərin xroniki obstruktiv xəstəliyi, xroniki böyrək çatışmazlığı olanlar, ağciyər vərəmi keçirən şəxslər, bcj peyvəndi olunanlar və siqaret çəkənlər covid-19 xəstəliyini yüngül keçirir! Qəti panik olmasınlar!
18. Yüngül və orta dozada spirtli içki qəbulu stress və panikanı yüngülləşdirə bilər. Artıq olmaz! Çünki artıq dozada spirtli içki qəbulu qaraciyəri zədələyir və orqanizmin virusa qarşı mübarizəsini, immuniteti zəiflədir! Bu zaman xəstəliyiniz ağırlaşa bilər!
19. 8-12 gün ərzində temperaturunuz 37,5-i keçməyibsə artıq qorxmayın! Demək ki, siz bu xəstəliyə-virusa qalib gəlirsiz! Artıq yavaş-yavaş yüngülləşmə hiss edəcəksiz!
20. Yox əgər temperatur 37,5-dən yuxarı qalxarsa, boğulma, təngnəfəslik, hava çatışmazlığı hiss edirsizsə, şəkərli diabet xəstəliyiniz varsa, kompüter tomoqrafiyası müayinəsində “buzlu şüşə” mənzərəsi ağciyərlərin 20%-dən çoxunu əhatə edirsə, o zaman mütləq stasionar müalicə almalısız-xəstəxanada yatmalısız! Orda sizə bütün lazımi dərman vasitələri veriləcək! Qəhrəman həkimlərimiz sizin sağalmağınız üçün əlindən gələni edir!
21. Bütün qapalı məkanlarda maska geyinin! Ən yaxşısı N95 tipli maskadır!
22. Bütün qapalı və açıq məkanlarsa 2 metr ara məsafəsi saxlayın!
23. Şəxsi gigiyena qaydalarına maksimal əməl edin! İş yerinə və evə daxil olanda əllərinizi, üzünüzü sabunlu su ilə yuyun, dezinfeksiya məhlulları ilə-xüsusən 95%-li spirt məhlulu ilə dezinfeksiya edin, gözlərinizə toxunmasın ama! Marketlərdən aldığınız məhsulları dezinfeksiya edin, yaxşı-yaxşı yuyun!
24. Sizdə koronavirus varsa ətrafınızdakılarla təmas eməyin, onları özünüzdən qoruyun! Otağınızı ayırın! Otağınızın havasını tez-tez dəyişin! Sizə qulluq edən şəxslər və siz mütləq N95 maskası geyinin. Şikayətinizdən asılı olaraq 10-14 gündən sonra 1 sutka fasilə ilə 2 dəfə burun-udlaqdan və əsnəkdən test analizi verin! Əgər mənfidirsə daha iki həftə izolyasiya edin özünüzü! Kontaktda olmayın heç kimlə!
25. Covid-19 xəstəliyi tam sağalır! Heç bir iz qoymur! Ağciyərlərdə heç bir fibroz əmələ gətirmir! Ağciyərlərdə hər hansı bir xəstəlik 2 aydan tez sağalırsa heç bir fibroz yaranmır!publika.az



D vitaminin bədəndə rolu və vəzifələri - Hər gün 30 dəqiqə...
Yoluxmusunuzsa, heç nə etməyin! - Koronavirus haqqında VACİB NÜANSLAR
Körpələrə Günəş kremi çəkmək lazımdırmı? PEDİATR AÇIQLAYIB
Yayda günəş şüalarının fəsadlarından belə qorunun
Kişilər koronavirusu niyə daha ağır keçirirlər?
Koronavirus əleyhinə dərmanlar effektivdir?
Bakıda məşhur xəstəxananın 33 əməkdaşı koronavirusa yoluxdu
Operativ Qərargah hansı qərarlarını dəyişəcək? – Toylar və metro…
Karantin 18 yanvardan daha tez yumşaldılmalıdır - Həkim
Kuba Bakıya 115 həkim göndərdi
Günəş yanığı zamanı nə etməli? - 3 QIZIL MƏSLƏHƏT
Azərbaycanlı alimlərdən yeni ixtira
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 