İmam Əli (ə) cümə günlərinin birində xütbə deyərkən, əvvəl Allaha həmd etmiş və sonra da Peyğəmbərə (s) salavat göndərmişdir. Sonra buyurmuşdur: "Allah bəndələri! Sizlərə nəfsinizi tərbiyə etməyi və təqvaya riayət etməyi tövsiyə edirəm. Allahın itaətini qənimət bilin. Bacardığınız və gücünüz çatan qədər ömrünüzün keçən günlərində Allaha itaəti və əmrinin ardınca getməyi qənimət bilin. Bacardığınız qədər ölümün sizin üçün gətirə biləcəyi müsibətlərlə mübarizə aparmaq üçün saleh əməl hazırlayın. Ölümü o qədər böyük hesab edin ki, övliyalar və böyük alimlər ölümə mübarizədə titrəyirdilər. Ölümdən sonra bərzəx aləminin başlanğıcında baş verən hadisələr o qədər əzəmətli, çətin və dözülməzdir ki, bundan xəbərdar olan Allah bəndələri belə, titrəyərlər. Bu müşküllərlə mübarizə aparmaq üçün bir yol mövcuddur. Bu da saleh əməl və Allah yolunda iş görməkdir. Orada insanın dadına çatacaq tək şey - saleh əməldir. Mən sizə əmr edirəm. Mən - Əmirəl-mömininəm. Mənəvi və maddi əmir, zahiri və batini əmir, cisim və canın əmiriyəm. Maddiyyatın fikrində bu qədər olmayın. Çünki bunların hamısı, hamısı məhv olacaqdır.
Baxmayaraq ki, siz bu malın, bu eyşin, bu vəzifənin sizi buraxmasını istəmirsiniz, ancaq o, sizi buraxacaqdır. Bu dünya cisimlərinizi cürüdər və torpaq edər. Baxmayaraq ki, siz istəyirsiniz ki, o, sağ olsun - bu dünya sizi qocaldar. Sizi zəiflədər və gücünüzü məhv edər. Baxmayaraq ki, siz istəyirsiniz ki, bu güc həmişə sizdə qalsın və günü-gündən təzələnsin. Küçədə sürətlə yol gedərkən, uzaqda olan nişanəni görürsünüz. Ancaq istəsəniz də, istəməsəniz də, yol gedərək ona çatacaqsınız. Bu küçə - həmin dünyadır. O nişanə - daş və o elm - əcəldir.
Zahiri cah-cəlala görə, izzət və ad üçün bir-birinizlə rəqabət etməyin, həsəd aparmayın. Dünyanın zinətinə və nemətinə görə heyrətlənməyin. Dünyanın qısa həyatının çətinliklərinə görə qüssə yeməyin. Bu zinət və izzət məhv olmağa üz tutub. Cavanlıq və gözəllik öz yerini qocalığa və iztiraba vermişdir. Çətinliklər tamam olar və aradan gedər. Bütün zamanlarda bu aləm və bu həyat sona tərəf hərəkət edər. Bütün canlılar cürüməyə tərəf gedər".
Bəli, Əmirəl-möminin (ə) bizə məsləhət görür ki, fani olan bu dünyaya bel bağlamayaq və bir neçə günlük dünyada şöhrət və ad-san qazanmaq üçün bir-birimizə həsəd aparmayaq və rəqabət etməyək. Əksinə saleh əməl görək ki, qəbir evində dadımıza çatsın.



Ölümdən niyə qorxuruq?
Möminlər behiştdə Allahı görə bilərmi?
Allah şeytanı niyə məhv etmir?
Düzgün təvəkkül etmək necə olur?
Bərzəx aləmindəki bədənimiz necə olacaq?
İmanın 4 nişanəsi
Qurani-Kərimdə danışığın qaydası barədə
Tövbənin 3 tərkibi
Əməlin qəbul olması üçün lazım olan 2 şərt
Allahın bu sözünü unutma...
Quran cənnət əhlini belə vəsf edir
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu
Arzumun adından dələduzluq edildi
İlham Əliyev sərəncam imzaladı
Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ
Fidan Ukraynaya səfərə gedir
Sabahın havası açıqlandı 