Torpaqlarımızın bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş vətən oğllarının adlarının əbədiləşdirilməsi məqsədilə Göyçayda keçirilən tədbirlər çərçivəsində noyabrın 5-də - Zəfər Günü ərəfəsində rayon mərkəzindəki dörd küçəyə qəhrəmanlarımızın adları verilib. Bu münasibətilə keçirilən tədbirdə rayon rəhbərləri, şəhidlərin ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Küçələrə şəhidlərin adlarının verilməsi münasibətilə keçirilən tədbirdə ötən ilin sentyabrın 27-də başlanan və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gündə başa çatan Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışılıb, bu Qələbənin qəhrəman hərbçilərimiz qanı, canı bahasına başa gəldiyi vurğulanıb. Bildirilib ki, bu amal uğrunda şəhid olan qəhrəmanların xatirəsi xalqımızın qəlbində hər zaman yaşayacaq.
Şəhidlərin yaxınları göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Göyçayın dörd küçəsi artıq bu gündən etibarən şəhidlik zirvəsinə ucalan Elşən Nuruzadənin, Əli Eyvazovun, Vasif Məmmədovun və Orxan Kərimlinin adlarını daşıyır.
Göyçayda şəhid adlarının əbədiləşdirilməsi rayon sakinləri tərəfindən böyük rəğbət və minnətdarlıqla qarşılanıb.(AzərTAc)



Şəhid ailələri N saylı hərbi hissədə
Yevlaxda şəhidlərin xatirəsinə abidə ucaldıldı
Vətən Müharibəsi şəhidləri anım günlərində yad edildi
Nərmanovda “8 noyabr Zəfər Günü” qeyd edildi
Şəhid Əhmədağa İskəndərov anım günündə yad edilib
Nərimanov Rayon Gəncləri yeni ilin ilk günündə şəhidlərimizi ziyarət etdilər - FOTOLAR
Gəncədə şəhidlərin xatirəsi anıldı
Naxçıvan şəhidlərimizi qarşıladı - MN
“Zəfər Yolu” layihəsi Ağdamda tədbir keçirdi
Elçin Quliyev Şəhidlər Xiyabanını ziyarət edib
MM sədri: "Xalqımızın qurtuluş savaşı zəfərlə başa çatıb"
Şəhidlərin xatirəsinə ağacəkmə aksiyası keçirilib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 