BMT və Azərbaycan arasında korporativ məsuliyyəti və dayanıqlı biznesi təşviq etmək üçün Anlaşma Memorandumu imzalanıb.
ONN media xəbər verir ki, sənədi BMT-nin Azərbaycandakı əlaqələndiricisi Vladanka Andreyeva və İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədr əvəzi Osman Xaliyev imzalayıb.
V. Andreyeva bildirib ki, 3 il müddətinə imzalanmış memorandumu Dayanıqlı İnkişaf Məqsədləri üzrə milli hədəflərlə uyğunlaşdırılmış 5 sosial-iqtisadi inkişaf prioritetini əhatə edəcək:
"Tərəflər həmçinin BMT-nin Qlobal Sazişinin əmək-insan hüquqları, ətraf mühitin mühafizəsi və korrupsiyaya qarşı mübarizəyə dair 10 prinsipini Sahibkarlığın İnkişafı Fondu, eləcə də nazirlik yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin maliyyə alətləri və proseslərinə inteqrasiya etmək üçün birgə tədbirlər görəcəklər. Biz bu çərçivədə işləməyə hazırıq".
Qeyd edək ki, 160-dan çox ölkədən 12 min şirkət və 3 min qeyri-biznes qurumunu, eləcə də 60-dan çox yerli şəbəkəni bir araya gətirən BMT-nin Qlobal Sazişi dünyanın ən böyük korporativ dayanıqlılıq təşəbbüsüdür. Bu saziş şirkətləri öz strategiya və fəaliyyətlərini 10 prinsipə uyğunlaşdırmağa, BMT-nin 2039-cu ilə qədərki Dayanıqlı İnkişaf Gündəliyinə töhfə verməyə çağırır. Sənədin 10 prinsipi İnsan Hüquqları haqqında Ümumi Bəyannamə, İşdə əsas prinsiplər və hüquqlar üzrə Beynəlxalq Əmək Təşkilatının Bəyannaməsi , Ətraf Mühit və İnkişaf haqqında Rio Bəyannaməsi və BMT-nin Korrupsiya əleyhinə Konvensiyası əsasında hazırlanıb.



Prezident fərman imzaladı
Dövlət Xidməti ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti arasında anlaşma memorandumu imzalanıb
Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb
Azərbaycan və Türkiyə arasında yeni sənəd imzalandı
Azərbaycan və Tacikistan arasında yeddi sənəd imzalandı
İlham Əliyev bu memarandumu təsdiqlədi
Energetika Nazirliyi ilə Equinor arasında Anlaşma Memorandumu imzalanıb
BMT ilə Azərbaycan arasında Çərçivə Sənədi imzalandı
Azərbaycan-Türkmənistan sənədləri imzalandı
Heydər Əliyev Fondu ilə UNICEF arasında memorandum imzalandı
Azərbaycan və Qırğızıstan arasında sənədlər imzalandı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 