"Qarabağ" - "Linfild" oyunu ilə əlaqədar Bakı metrosu gücləndirilmiş iş rejimində çalışacaq. ONN media xəbər verir ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov artıq bununla bağlı hazırlıq işlərinin görüldüyünü bildirib: "Oyun Bakı vaxtı ilə saat 20:00-da başladığı üçün metro stansiyalarının əlavə saatlarda işləməsinə ehtiyac yoxdur. Yəni oyun maksimum saat 22:00-da başa çatacaq. Metro isə adi günlərdə saat 00:00-a qədər işləyir. Ona görə də metro stansiyalarının 00:00-dan sonra işləməsinə ehtiyac olmayacaq.
Amma buna baxmayaraq, futbol azarkeşlərinin vaxtında və təhlükəsiz mənzil başına çatdırılması üçün "Bakı Metropoliteni" bütün lazımı tədbirlər görüb. Həmin gün əsasən metronun "Gənclik" və "Nərimanov" stansiyaları gücləndirilmiş iş rejimində çalışacaq. Stansiyalara sərnişinlərin təhlükəsizliyi üçün əlavə qüvvələr cəlb ediləcək. Ehtiyat qatarlar tam hazır vəziyyətə gətirilib. Ehtiyac olarsa, həmin qatarlar xəttə buraxılacaq". Xatırladaq ki, avqustun 29-da Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Ağdamın "Qarabağ" komandası Şimali İrlandiyanın "Linfild" klubu ilə Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda cavab oyunu keçirəcək. Oyun Bakı vaxtı ilə 20:00-da başlanacaq.Sabah metro gücləndirilmiş iş rejimində işləyəcək



Bakı metrosu bu gün gücləndirilmiş rejimdə çalışacaq
Bakı metrosu gücləndirilmiş rejimə keçir
Bu gün Bakı metrosu saat neçədə bağlanacaq?
Bu gün Bakı metrosu yarım saat artıq işləyəcək - SƏBƏB?
Bakı metrosundan istifadə edənlərə XƏBƏRDARLIQ
Bakı metrosunda DƏYİŞİKLİK
Metro gücləndirilmiş rejimdə çalışacaq
Bakı metrosu sabahdan necə işləyəcək? – RƏSMİ
“Koroğlu” stansiyası gücləndirilmiş iş rejimində çalışacaq
Bakı metrosu sabah 1 saat artıq işləyəcək
Metroda Yeni il gecəsi iş vaxtı uzadılacaq – RƏSMİ
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 