ONN media Daxili İşlər Nazirliyindən aldığı məlumata əsasən xəbər verir ki, Xəzər rayonu Qala qəsəbəsi sakini olan bir nəfər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinə məlumat verərək ona məxsus avtomobilin akkumlyatorunun naməlum şəxslər tərəfindən oğurlandığını bildirib. Həmin ərazidə yaşayan daha 9 sakindən Polis Bölməsinə daxil olan eyni məzmunlu şikayət ərizəsində onların da avtomobillərindən müxtəlif vaxtlarda akkumlyatorların oğurlandığı qeyd edilib. Hadisələrin bir-birinə yaxın yaşayış mərkəzlərində və oxşar üsullarla baş verməsi polis əməkdaşlarında oğurluqların eyni şəxslər tərəfindən törədildiyinə dair əsaslı şübhələr oyadıb.
Məlumatlar daxil olan kimi Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayətləri törətməkdə şübhəli bilinən paytaxt sakinləri əvvəllər dəfələrlə məhkum olunmuş Arzu Əliyev, Şahlar Ağayev, Azad İbrahimov və Yasər Məmmədov saxlanılıblar. Onlar ifadələrində Qala, Binə və ətraf qəsəbələrdə qeyd edilən oğurluqları törətdiklərini etiraf ediblər və akkumlyatorları əlvan metal qəbulu məntəqələrinə satdıqlarını bildiriblər.
Faktlarla bağlı 3-cü Polis Bölməsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına və ya Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə məlumat verə bilərlər.



Bakıda taksi qaçırıldı
DİN bu şəxslərlə bağlı əhaliyə müraciət etdi - DİQQƏT
Bakıda qəbir daşlarını oğurlayan şəxslər saxlanılıb
Qızıl, telefon, planşet, noutbuk oğurlayan şəxslər saxlanılıb
Qobu və ətraf ərazilərdə 80-ə yaxın evdən oğurluq edən şəxslər ƏLƏ KEÇDİ
Keçmiş məhkum azyaşlı qızı hədələdi və...
Bakı-Sumqayıt qatarında uşaqlardan gözlənilməz hərəkət
Polisdən açıqlama - Elton Əliyev...
Bakıda 30 yaşlı oğlanı başından vurub öldürdülər
Mənzillərdən oğurluq edən şəxslər saxlanılıb
Bakı-Sumqayıt qatarının şüşələrini sındıran azyaşlılar saxlanıldı
Bakıda axtarışda olan şəxs tutuldu
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 