"Valideyn-müəllim, valideyn-məktəb fəaliyyətinin düzgün qurulması ilə bağlı ictimai təşkilatların yaradılması nəzərdə tutulub".
ONN media xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda yeni təşkilatın yaradılması ilə bağlı müzakirələr aparılır: "Artıq müəyyən maraqlı təkliflər var. Yaxın gələcəkdə alternativ idarəetmə qurumu olacaq".
M.Vəliyeva bildirib ki, bu gün Valideyn-Müəllim Assosiasiyaları (VMA) ilə bağlı problemlər gündəmdədir: "Həmin VMA-lar məktəblərə sosial dəstək göstərilməsinə istiqamətlənən QHT kimi fəaliyyət göstərir. Bu qurumun fəaliyyətinə məktəb və rəhbərliyi, eləcə də müəllim qoşula bilməz. Bu təşkilat yalnız valideynlərin könüllü arzusu ilə fəaliyyət göstərir".
Qeyd edək ki, son zamanlar sosial şəbəkədə VMA tərəfindən pul yığılması məsələsi ciddi müzakirə mövzusu olub.



Təhsil İdarəsindən məktəbdə pul yığılmasına reaksiya
Bakıda 20 min müəllim peyvənd olunacaq
Məktəblərdə könüllü ianə yığıla bilər
Nazirdən "Son zəng"lə bağlı ƏMR
“Şagirdlərdən məcburi yox, könüllü pul yığılmalıdır“ - Nazirdən sensasiylı açıqlama
Məktəblərdə yoluxma ilə bağlı son vəziyyət açıqlandı
Bu il son zəng keçiriləcək?- Nazir qərar verdi
Azərbaycan məktəblərində ilk zəng çalınıb
Şagirdi döyən müəllimin izahatı alındı, töhmət verildi - RƏSMİ CAVAB
Gözlənilən gün gəldi- Sabahdan...
Bakıda bu bağçaların fəaliyyəti dayandırıldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 