Gələn il yanvarın 1-dən Bakıda dizellə işləyən avtobuslara icazə verilməyəcək. Bununla bağlı sabiq baş nazir Novruz Məmmədov 2019-cu ilin 4 mart tarixində qərar qəbul edib. Qərarda deyilir ki, paytaxtda sərnişindaşımada istifadə edilən avtobuslar mütləq qaydada elektrik və sıxılmış qazla işləməlidir. Ekspertlər hesab edirlər ki, hazırkı vəziyyətdə bu, mümkün deyil.
ONNmedia xəbər verir ki, nəqliyyat elsperti Ərşad Hüseynov bildirib ki, avtobus çatışmazlığı, mövcud avtobusların xeyli hissəsinin yarasız olması hər kəsə bəllidir: "Belə olan halda normal nəqliyyat siyasəti yürüdülməli, marşrut şəbəkəsi genişlənməli və şaxələnməli, avtobus sayı artırılmalı, təhlükəsizlik və komfort yüksəldilməli və s. Bunun əvəzində belə qərarlarların qəbul edilməsi işləri xeyli ləngidir.
Onun fikrincə, ilin sonuna qalan bu iki iş günündə NK-nın 73 saylı qərarının həmin bəndi ləğv edilməlidir: "Onsuz da bu bənd icra edilməyəcək, çünki icra edilsə, Bakı avtobussuz qalacaq.
Bununla bağlı publika.az-ın əməkdaşı Bakı Nəqliyyat Agentliyi (BNA) ilə əlaqə saxlayıb.
BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev Publika.az-a bildirib ki, həmin qərarda 2022-ci ilin yanvarın 1-dən Bakı şəhərində dizellə işləyən avtobusların fəaliyyətinə qadağa qoyulacı yazılmayıb: "Qərarda da açıq-aşkar göstərilir ki, 2022-ci ilin 1 yanvar tarixindən Bakı şəhərində yalnız elektrik və SNC – yəni sıxılmış təbii qaz mühərrikli avtobuslar istismara qəbul olunacaq. Dizellə işləyən, hazırda xəttə olan avtobuslar da işləyəcəklər”.
BNA-nın sözçüsü məsələ ilə bağlı ekspertlərin mətbuatda yayılan fikirlərini yalandan, şou xatirinə irəli sürüldüyünü deyir: "Bu da nəticə etibarı ilə insanlar arasında çaşqınlıq yaradır. İctimai nəqliyyat, sərnişindaşıma daima insanların maraq göstərdiyi çox həssas bir sahədir. Bununla bağlı fikir söyləyən ekspertlər bir qədər məsuliyyətli olsunlar. Qərarın nələri özündə ehtiva etdiyini anlasınlar”.



Bakıda bu avtobuslara icazə verilməyəcək - Yanvarın 1-dən... - VİDEO
Üç ildən sonra Bakıda yalnız belə avtobuslar işləyəcək
Köhnə avtobusların aqibəti necə olacaq?
Bakını təhlükəli vəziyyət gözləyir - TIXACLAR DAHA DA ARTACAQ
Azərbaycana elektrikli avtobuslar gətiriləcək - RƏSMİ
Bakıya 50 iritutumlu avtobus gətirildi
Nazirlər Kabineti avtobuslarla bağlı qərara DƏYİŞİKLİK ETDİ
Yeni gətirilən avtobuslar xəttə buraxıldı
Bakının mərkəzində qorxunc hadisə - Marşrut avtobusunun təkəri çıxdı
Bakıda avtobuslar nə vaxt yenilənəcək?
Bakıya yeni avtobuslar gətirildi - FOTOLAR
Bakıya yeni 18 metrlik avtobuslar gətirildi
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın 