"Azəriqaz" İstehsalat Birliyi fevral ayının 1-dən yeni növ əvvəlcədən ödənişli (SMART) Almaniya istehsalı olan "Zenner" markalı sayğacların quraşdırılmasına başlayır. ONN media Quruma istinadən xəbər verir ki, artıq bu sayğaclardan 30 min ədədi ölkəyə gətirilib: "“Zenner” markalı qaz ölçü qurğularının 2020-ci ildə həm iş prinsipləri, həm də yerli proqram təminatına inteqrasiyası ilə bağlı aparılan sınaq işləri uğurla tamamlanıb. Sabahdan etibarən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təyin etdiyi mövcud qaydalara uyğun olaraq sayğac əvəzlənmələri zamanı yeni sayğaclardan istifadə ediləcək. İlk dəfə olaraq əvvəlcədən ödənişli qaz sayğaclarının proqram təminatı mövcud yerli proqram təminatına inteqrasiya olunub. İstifadəsində olan mexaniki-elektron sayğacın sərfiyyatı çox qeydə aldığını iddia edən bir qrup abonent üçün də yeni əvvəlcədən ödənişli sayğaclar quraşdırılacaq. Ümumiyyətlə, sayğac əvəzlənməsi zamanı seçim abonentin ixtiyarına buraxılacaq. Onun istəyindən aslı olaraq ya mexaniki-elektron, ya da əvvəlcədən ödənişli sayğac quraşdırılacaq. Qeyd edək ki, gələn həftə regionlarda da bu sayğacların quraşdırılmasına başlanılacaq. İlkin mərhələdə bu proses Gəncə və Ağsu şəhərlərində icra olunacaq. Yeni sayğacların üstünlüyünə gəlincə, bura istifadə qaydalarının rahat olması, koda düşmə zamanı geriya sayım əməliyyatının olmaması və smart kartın içərisindəki məbləğ boşaldılmadığı halda bir neçə dəfə vəsaitin yüklənilməsinin mümkünlüyünü göstərmək olar".
Sabahdan yeni smart sayğacların istifadəsinə başlanır



"Azəriqaz" Smart sayğacları niyə mexaniki sayğacla əvəzləyir? - AÇIQLAMA
Qazla bağlı əhaliyə şad xəbər - 1 martdan etibarən...
Yeni sayğaclar quraşdırılacaq: koda düşmə, bloklanma, kartın oxunmaması...
"Azəriqaz"dan qaz sayğacları ilə bağlı - AÇIQLAMA
"Azəriqaz"dan yayılan məlumatlarla bağlı - AÇIQLAMA
Qaz sayğacları ilə bağlı əhaliyə mühüm xəbər
“Azəriqaz” sayğacları dəyişdirir? - Açıqlama
"Azəriqaz" şəffaf sayğaclar quraşdırmağa başladı
"Azəriqaz"ın kartlarına niyə pul yükləmək olmur?
Əvvəlkindən çox fərqlənən yeni müasir smart qaz sayğacları gətirildi
"Azəriqaz"dan sayğaclarla bağlı AÇIQLAMA
“Azəriqaz” smart tipli sayğac quraşdırmağı dayandırdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 