“Uşaqlarda bədən istiliyi 38 °-dən yüksək deyilsə, hərarəti endirmək tövsiyə edilmir”.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Hüseyn Qabulov deyib.
O qeyd edib ki, bununla belə, istisna hallar var. Məsələn, əgər uşağınız daha əvvəl qızdırma ilə bağlı qıcolma keçiribsə, temperaturun bir qədər artması ilə özünü pis hiss edir və ya körpənin xroniki, anadangəlmə və ya qazanılmış xəstəliyi olduğu təqdirdə (ürək xəstəlikləri, sinir sistemi xəstəlikləri və s.). Belə hallarda həkimlə məsləhətləşərək, 38 dərəcəyə çatmasını gözləmədən dərhal uşağın temperaturunu normal dərəcəyə endirməyə çalışmaq lazımdır.
Ekspert bildirib ki, əgər uşağın hərarəti 38 °-dən yuxarı qalxarsa, həkimə müraciət etməzdən əvvəl ona qızdırmasalıcı dərmanlar vermək tövsiyə olunur.
Qızdırmasalıcı bir dərman seçməzdən əvvəl həkimə müraciət etmək vacibdir. Onların hər biri müəyyən şərtlərdə daha təsirli olur.
H.Qabulov sonda vurğulayıb ki, risk qrupunda olan uşaqlara (ürək çatışmazlığı, şəkərli diabet, immun sistemi çatışmazlığı, xroniki ağciyər xəstəliyi olan uşaqlar) qrip peyvəndi vurulması tövsiyə olunur.



Uşağın hərarəti qalxarsa, bunu etməyin – Həkim
Uşaqların qızdırmasını salmaq üçün bu dərmanlardan əsla istifadə etməyin!
Qızdırma üçün ən effektiv üsul
Temperatur yüksəlibsə...
Səhiyyə Nazirliyi günvurma ilə bağlı əhaliyə müraciət edib
Yüksək hərarəti bunlarla müalicə edin
Təcili tibbi yardım hansı halda yaxma götürür?
Bu uşaqları məktəbə göndərməyin - Nazirlikdən xəbərdarlıq
Yaşı 12-dən çox olan uşaqların vaksinasiyası ilə bağlı vacib açıqlama
Uşaqlar arasında yayılan virusla bağlı AÇIQLAMA
Axşam yüksələn temperatur hansı xəstəlikdən xəbər verir?
Həddindən artıq yatmağın səbəbi nədir?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 