Sosial şəbəkələrdə müxtəlif turizm agentliklərinin Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviabilet satması barədə məlumatlar yayılır.
ONN media xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) sərnşinlərə müraciətində bildirilir.
"Xatırladırıq ki, fırıldaqçılığın qarşısının alınması məqsədilə bu marşrut üzrə bütün biletlər üç yolla əldə edilə bilər:
- Aviaşirkətin www.azal.az rəsmi saytı vasitəsilə;
- Aviaşirkətin Bakı şəhərində (Nizami küçəsi, 126A), eyni zamanda Sumqayıt, Gəncə və Naxçıvan şəhərlərində yerləşən mərkəzi satış ofisinə yaxınlaşmaqla;
- Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən satış ofislərinə yaxınlaşmaqla.
Əks təqdirdə alıcılar fırıldaqçılığın qurbanı ola bilərlər.
Həmin istiqamət üzrə aviabiletin dəyərini Tarif (Qiymət) Şurası müəyyən edib və vətəndaşlar üçün bir istiqamətdə 50 manat, xarici vətəndaşlar üçün bir istiqamətdə 70 manat təşkil edir. 12 yaşınadək uşaqlar, tələbələr və I və II qrup əlillər üçün 40 manat güzəşt tətbiq olunur, iki yaşadək uşaqlar üçün aviabilet ödənişsizdir.
AZAL turizm şirkətləri və yaxud fərdi şəxslərin yol verdiyi bu cür hərəkətlərin araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət etmək hüququna malikdir", - deyə aviaşirkət bəyan edib.



AZAL-dan bu şəxslərə XƏBƏRDARLIQ
AZAL Naxçıvandan Gəncəyə uçuşlara başlayır
Naxçıvana aviabiletlərin alınması proseduru asanlaşır
AZAL Bakı-Naxçıvan reyslərinin sayını artırıb
Naxçıvana bilet qiymətləri niyə qalxıb?- İLK AÇIQLAMA
Bakıdan Naxçıvana getmək istəyənlərin NƏZƏRİNƏ
AZAL bu istiqamətdə bütün gedişləri ləğv etdi
Naxçıvana getmək istəyənlərin NƏZƏRİNƏ
AZAL-dan daha bir ŞAD XƏBƏR
Bakıdan Pekinə və əks istiqamət üzrə uçuşlarda “AZAL”ın yeni aksiyası
AZAL bu şəxslərə XƏBƏRDARLIQ ETDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 