Ukrayna prezidenti Volodimir Zelenski gözlənilmədən Dohada keçirilən 20-ci Qətər Forumunda videomüraciətlə çıxış edib.
ONN media xəbər verir ki, o, Donetsk vilayətindəki Mariupol şəhərinin xarabalıqlarını Suriya və Rusiya ordusunun dağıtdığı Hələb şəhəri ilə müqayisə edib. Ukrayna lideri müraciətində BMT və dünya dövlətlərini köməyə çağırıb.
"Əs-salamun aleykum! Bu, sizin üçün sülh deməkdir. Sülh yer üzündəki bütün insanları birləşdirən əsas dəyərdir. Mənim ölkəmdə isə bu, mövcud deyil. Ona görə ki, Rusiya rəhbərliyi ölkəni ələ keçirib. Köhnə imperiya günlərində olduğu kimi onlar gəlib başqasının əmlakını zorakılıqla ələ keçirirlər”,- deyə Zelenski forum iştirakçılarına müraciət edib.
O, xatırladıb ki, Rusiya Ukrayna limanlarını dağıdır. O, həmçinin vurğulayıb ki, bu gün Rusiya dünyanı nüvə silahı ilə təhdid edir. “Rusiya qəsdən öyünür ki, nüvə silahı ilə təkcə müəyyən bir ölkəni deyil, bütün planeti məhv edə bilər”,- deyə o xatırladıb.
O, həmçinin vurğulayıb ki, Avropanın gələcəyi digər məsələlərlə yanaşı, Ukraynanın tərəfdaşlarının səylərindən asılıdır. Prezident iştirakçı ölkələri enerji ixracını artırmağa çağırıb və qeyd edib ki, Qətər hazırda təbii qaz ixracatında dünya lideri olduğu üçün xüsusilə önəmlidir. Qeyd edək ki, Qətər qaz ixracını artırarsa, Avropanın Rusiyadan qaz asılılığı azalar və Rusiyanın ən böyük gəlir mənbəyi ağır zərbə alar.
Dohada forum iştirakçıları qarşısında çıxış edən Ukrayna lideri qeyd edib ki, onun ölkəsində müsəlmanlar qarşıdan gələn müqəddəs Ramazan ayında da döyüşməli olacaqlar. O, bu müqəddəs ayı Ukraynada insanların yoxsulluq içində keçirməsini önləmək üçün ölkəsinə dəstək olmağa çağırıb.
"Baxın, lütfən, Rusiya ordusunun hər gün məhv etdiyi Ukrayna şəhərlərinə, bizim Mariupolumuza. Bu, Hələbdə hamımızın gördüklərimizdir - xarabalıqlar və insanların məhvi. Rusiyanın blokadada saxladığı bu şəhərdə 4 minə yaxın müsəlman yaşayır. Onlardan 80 nəfəri 3 həftədir ki, Mariupol məscidinə sığınıblar. Şəhərə gedən bütün yollar bağlıdır, Rusiya qoşunları hətta humanitar yardım, ərzaq, su, dərman da buraxmırlar. Gecə-gündüz şəhər bombalanır və atəşə tutulur. Mariupoldakı bütün binaların 90 faizi dağıdılıb. Minlərlə insan həlak olub... Amma Rusiya buna görə heç bir cəza almayıb”- deyə Zelenski xatırladıb.



Zelenskidən ŞOK XƏBƏRDARLIQ
Nüvə silahından yalnız Putin istifadə edə bilər-Zelenski
Zelenski rus analara müraciət edib: "Oğullarınıza həqiqəti deyin"
Putin-Zelenski görüşü yaxın həftələrdə baş tuta bilər
Zelenski Putinlə görüşmək istədiyini deyib
Ərdoğan Zelenski ilə sülh danışıqlarını müzakirə etdi
Təkcə Putin deyil, onlar da cəzalanmalıdır - Zelenski
Zelenski sülh danışıqlarının şərtlərini açıqlayıb
Zelenski ÇAĞIRIŞ ETDİ: "Ən böyük cəsarət..."
Zelenski Ukrayna xalqına müraciət etdi: İrəliləyin!
Zelenski: Qərb sabah müharibə olacağını deyir
Zelenski Rusiya ilə danışıqlardan imtina etdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 