"Bakı metropoliteni" QSC yenicə aldığı üç yeni təsərrüfat qatarını (motovoz) istismara verib.
ONN media quruma istinadən xəbər verir ki, qatarlar Azərbaycanın texniki şərtləri əsasında Rusiyada - “ViLen” MMC-də istehsal olunub.
Bu zaman Bakının iqlim şəraiti, metropolitenin hidrogeoloji şəraiti, relyefi, yolun plan və profil vəziyyəti, yerinə yetirilən işlərin xüsusiyyətləri nəzərə alınıb.
Əgər indiyə qədər metroda xüsusilə ağır və uzun mal-materialın daşınmasını istismar müddətini başa vurmuş iki motovoz birlikdə yerinə yetirirdisə, yeni təsərrüfat qatarının hər biri bu işi təkbaşına görə bilir.
Təsərrüfat qatarlarının istehsalında güc qurğularına da xüsusi texniki şərtlər qoyulub. Bu mənada onlar müasir dövrün ekoloji standartlar baxımından ən yüksək tələblərinə uyğun cavab verən “Cummins” tipli dizel mühərriki, həmçinin məsafəli idarəetməyə malik mexaniki sürət qutusu ilə təmin edilib. Qatarların üstünlükləri sırasında radiorabitə şəbəkəsi, işıqdiodlu işıqlanma və reversiv idarəetmə sistemlərlə təchizat da qeyd olunmalıdır və bununla yeni motovozlar əvvəlki nəsil analoqlarından seçilir.
hazırda Bakı metrosunda 27 təsərrüfat qatarı var. Onlardan 5-i 2014-2017-ci illərdə alınıb. Motovoz parkının əsasən əvvəlki nəslə mənsub maşınlardan ibarət olması və Bənövşəyi xəttin ehtiyacları nəzərə alınmaqla, yenilənmə prosesinin qarşıdakı illərdə davam etdirilməsi nəzərdə tutulub.



Metro qatarlarımızın hamısı nə vaxt yenilənəcək? - Açıqlama
Metro ilə bağlı əhaliyə ŞAD XƏBƏR
Rusiyadan Bakıya 20 vaqon gətiriləcək - BU İL...
Bakıya yeni gətirilən metro qatarlarının ÖZƏLLİYİ nədir?
Bakı metrosundan istifadə edənlərə ŞAD XƏBƏR
Şad xəbər: Metro üçün yeni vaqonlar gəldi
Qatarların sürət həddi azaldıldı
Bakı metrosu fəaliyyətini bərpa etdi- YENİLƏNİB
Rusiyadan gətirilən yeni qatarların şüşələri yolda sındırılıb?
Bakı metrosunda nasazlıq: Qatar bu stansiyada dayanmadı
“Bakı Metropoliteni” QSC Rusiyadan yeni vaqonlar alır
Metronun elektrik deposu dəyişir
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 