Prezident İlham Əliyev “Azərbaycan Respublikasında Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının daxil olduğu blokun bərpası və işlənməsi ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “GL İnternational LTD” MMC arasında Risk Xidmət Sazişinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” Qanunu təsdiqləyib.
2021-ci il dekabrın 14-də Azərbaycan Respublikasında Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının daxil olduğu blokun bərpası və işlənməsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (“SOCAR”) ilə “GL International LTD” MMC (“GL LTD”) arasında Risk Xidmət Sazişi bağlanıb.
Milli Məclisi Konstitusiyanın 95-ci maddəsinin I hissəsinin 4-cü bəndinə əsasən qərara alıb:
1. Azərbaycan Respublikasında Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının daxil olduğu blokun bərpası və işlənməsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “GL International LTD” MMC arasında Risk Xidmət Sazişi (bundan sonra – “Saziş”) qəbul və təsdiq edilsin, onun həyata keçirilməsinə icazə verilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən Sazişdə iştirak edən Podratçıya verilən Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri (bundan sonra – “Hökumət təminatı”) qəbul edilsin və onların həyata keçirilməsinə icazə verilsin.
3. Sazişin əsas mətninə edilmiş on bir (11) Əlavə (bundan sonra - “Əlavələr”) qəbul edilsin və onların həyata keçirilməsinə icazə verilsin.
4. Bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret olaraq başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur.
5. Bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir.
6. Bu Qanun qüvvəyə mindikdən sonra Podratçının (və ya onun hüquq varislərinin) Saziş, Hökumət təminatı və Əlavələr üzrə əldə etdiyi hüquqlar və mənafelər Podratçının qabaqcadan razılığı olmadan dəyişdirilə, düzəldilə və ya azaldıla bilməz.
7. Sazişdən irəli gələn hüquq və öhdəliklərin yerinə yetirilməsi üçün Podratçıya bütün lazımi lisenziyalar, icazələr, vizalar, başqa səlahiyyətlər və sanksiyalar verilir.
8. Sazişin şərtlərinə uyğun olaraq, Sazişə və ya Əlavələrə hər hansı əlavələr, düzəlişlər, dəyişikliklər yalnız Sazişin Tərəflərinin qarşılıqlı yazılı razılığı ilə edilir.



Azərbaycanda yeni neft sazişi təsdiq ediləcək
"Azneft" İB ötən ilin hasilat planını artıqlaması ilə yerinə yetirib
Dövlət Neft Şirkətinin bir qrup işçisi təltif edildi - SƏRƏNCAM
Sabunçuda yaşayanların NƏZƏRİNƏ
İlham Əliyev sərəncam imzaladı
SOCAR İran neftindən imtina edir – Rəsmi
Yaponiya Azərbaycan dostluğu güclənir
Neftin son qiyməti açıqlandı
Neftin son qiyməti açıqlandı
Neftin son qiyməti açıqlandı
SOCAR Vyetnama neft tədarükünə başladı
SOCAR neft və qaz hasilatını artırıb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 