Avqustun 11-də Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev prospekti 82 ünvanında yerləşən “Tonqal” restoranında baş vermiş kütləvi zəhərlənmə hadisəsi ilə bağlı daxil olmuş məlumat əsasında araşdırma aparılıb.
Bu barədə ONN media-ya Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Məlumatda bildirilib ki, Agentlikdə dərhal operativ işçi qrupu yaradılıb, hadisənin baş verdiyi restoranda, zəhərlənən şəxslərin yerləşdirildiyi Klinik Tibbi Mərkəzdə və 2 saylı Uşaq Kliniki Xəstəxanasında qida təhlükəsizliyi araşdırmalarına başlanılıb.
“İlkin məlumatlara əsasən, axşam saat 20:00 radələrində “Tonqal” restoranında iki ayrı masada qidalanan müxtəlif ailə üzvlərində bir neçə saatdan sonra zəhərlənmə əlamətləri baş verib. Hadisə nəticəsində 3-ü azyaşlı olmaqla 13 nəfər zəhərlənib.
Mütəxəssislər tərəfindən xəstələrdən nümunələr götürülüb və aidiyyəti üzrə laboratoriyaya göndərilib. İlkin araşdırmalara görə zəhərlənməyə səbəb baytarlıq-sanitariya nəzarətindən keçirilməmiş ət və ət məhsullarından hazırlanan qidalar olub.
Bundan əlavə hadisənin baş verdiyi “Tonqal” restoranında müvafiq epidemoloji araşdırmalar aparılıb, bir sıra ciddi qida təhlükəsizliyi qaydalarının pozulduğu müəyyən olunub və faktla bağlı protokol tərtib edilib.
Araşdırmalar davam etdirilir, araşdırmanın nəticəsi ilə bağlı geniş məlumat ictimaiyyətin diqqətinə çatdırılacaq”.
Qeyd edək ki, zəhərlənən 13 nəfərdən 11-i aparılan müayinə və müalicələrdən sonra evə buraxılmış, 2 nəfər azyaşlının müalicəsi isə 2 saylı Uşaq Kliniki Xəstəxanasında davam etdirilir. Hazırda onların vəziyyəti qənaətbəxşdir.



Şamaxıda kütləvi zəhərlənmə baş verib
Azərbaycanda iftarda 10 nəfər zəhərləndi
“Şahənşah” restoranından yayılan məlumatlara CAVAB
Bakıdakı MƏŞHUR DÖNƏRXANA BAĞLANDI
Azərbaycanda məşhur restoranın sahibi HƏBS EDİLDİ
Daha iki tələbə zəhərləndi
İsmayıllıda kütləvi zəhərlənmə: Mütəxəssislər hadisə yerində
Toyda zəhərlənmə niyə baş verib?
Pambıq sahəsində kütləvi zəhərlənmə
Bakıda dönərdən KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: vəziyyəti ağır olanlar var (YENİLƏNDİ)
Şəkidəki kütləvi zəhərlənmə ilə bağlı cinayət işi açıldı
Məktəbdə zəhərlənmə: şagirdlər xəstəxanaya yerləşdirildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 