Son günlər ən çox müzakirə edilən məsələlərdən biri də kredit faizlərinin hələ də yüksək olmasıdır. Depozit faizlərində müəyyən azalmaların müşahidə edilməsinə baxmayaraq hələ də kreditlər baha təklif olunmaqdadır. Mərkəzi Bankın məlumatına görə, hazırda kredit portfeli 18 milyard 7 milyon manatdır. Ötən ay isə kredit portfeli 17 milyard 587 milyon manat olub. Onun 13 milyard 81 milyon manatı milli valyutada, qalan 4 milyard 446 milyon manatı isə xarici valyutada təklif olunub. Baş bankın hesablamalarına görə, ölkə üzrə orta kredit faizi 11,86%, milli valyutada isə 14,28%-dir.
ONN media xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, Mərkəzi Bank orta kredit faizlərini hesablayan zaman bütün növ kreditləşmə üzrə qiymətləndirmə aparır: "Vətəndaşların daha çox istifadə etdiyi istehlak kreditləri üzrə faizlər isə elan olunan rəsmi orta rəqəmlərdən daha yüksəkdir. Qeyd edək ki, kreditlərin 51,4%-i, yəni 9 milyard 262 milyon manatı birbaşa ev təsərrüfatlarına yönəldilir".
Kredit faizlərinin yüksək olması nə ilə bağlıdır? Faizlərin aşağı salınması üçün nələrin edilməsinə ehtiyac var?
V. Bayramovun sözlərinə görə, kreditlərin bahalı olması real sektorda gəlirlilik səviyyəsinin yüksək olması ilə əlaqədar olsa da, bank sektorunda rəqabətin zəif olması əsas səbəblərdəndir: "İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, kredit faizlərinin azalması birbaşa banklar arasında rəqabətin daha gücləndirilməsindən keçir. Doğrudur, Azərbaycanda depozitlər üzrə faizlərin yüksək olması da kreditləri bahalaşdırır. Amma bununla belə, yenə də kredit faizləri bir sıra hallarda depozit faizlərini 2 dəfəyə yaxın üstələyir".
"Kredit faizlərinin aşağı salınması üçün bank sektorunda rəqabətin güclənməsinə, bu sektorda konservativ siyasətdən mərhələli şəkildə liberal siyasətə keçidin təmin olunmasına ehtiyac var. Rəqabətin güclənməsi, kredit faizlərinin aşağı salınması üçün baza formalaşdıra bilər. Bütün hallarda isə, faizlərin optimallaşdırılması və kreditlərə əlçatanlığın artırılması üçün Mərkəzi Bank tərəfindən daha sistemli tədbirlərin həyata keçirilməsinə ehtiyac var", - deyə millət vəkili əlavə edib.



Əhalinin banklardakı pulu 8 milyard manatı ötüb
Ölkə əhalisinin banklarda olan əmanətləri nə qədərdir?
Azərbaycan əhalisinin banklarda nə qədər pulu var?
Əhalinin banklarda 8 milyard manatdan çox pulu var
Faizlərlə bağlı daha bir YENİLİK
Əhalinin banklarda nə qədər pulu var?
Banklar 11 milyard manatdan çox kredit verib
Problemli kreditlərin həcmi artıb - Deputat bankları TƏNQİD ETDİ
Manatla olan yalnız bu əmanətlər qorunacaq – Diqqət
Deputatdan regionlarla bağlı VACİB TƏKLİF
Banklar regionlara niyə az kredit ayırır? - Deputat səbəbləri AÇIQLADI
Ən böyük faiz gəliri olan bank hansıdır?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 