Mərkəzi Bankda hesab edirlər ki, depozit gəlirlərində güzəştlərin ləğvindən sonra banklar həmin xərci öz depozit faizlərində əks etdirəcək. Yəni güzəşt müddəti uzadılmazsa, əmanət gəlirləri vergiyə cəlb olunarsa, o halda banklar depozitlər üzrə faizləri artıracaq. Bank vətəndaşa daha çox dividend ödəyəcək ki, vergi çıxılandan sonra onun depozit gəlirində azalma baş verməsin.
ONN media xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov qeyd edib.
“Bu isə əslində o deməkdir ki, Azərbaycanda kredit faziləri yenidən arta bilər. Mərkəzi Bankın özünün metodologiyasında da bank kreditlərinin faizlərinin yüksək olmasını depozitlərin bahalığı ilə əlaqələndirir. Deməli, depozit faizlərin artması kreditlərin bahalaşmasına və bankların daha yüksək faizli kredit təklif etməsinə səbəb olacaq. Yəni əmanət gəlirləri vergiyə cəlb olunarsa, o halda kreditlər bahalaşacaq.
Mərkəzi Bankın məlumatına görə, hazırda kredit portfeli 19 milyard 594 milyon manatdır. Ölkə üzrə orta kredit faizi 14.13 faizdir, ən bahalı kreditlər isə Mil-Muğan iqtisadi rayonundadır: 20.43 faiz. Bu rəqəmlər təbii ki, orta kredit faizləridir. İstehlak kreditləri üzrə faizlər qeyd olunanlardan daha yüksəkdir.
Banklarda olan əmanətlər 2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il müddətində vergidən azad edilmişdi. Belə ki, Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə əsasən, yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azad idi. Ancaq bu müddət dünən başa çatdı.
Qeyd edim ki, Milli Məclisinin son plenar iclasında güzəşt müddətinin daha 1 il uzadılması və yeni mexanizmin hazırlanması təklifi ilə çıxış etdim”, - V.Bayramov bildirib



Azərbaycanda kredit faizlərini endirməklə bağlı TƏKLİF
Kredit borcu olanlara PİS XƏBƏR
Problemli kreditlərin həcmi artıb - Deputat bankları TƏNQİD ETDİ
Manatla olan yalnız bu əmanətlər qorunacaq – Diqqət
Vergitutma başladı, banklarda əmanətin həcmi nə üçün azaldı?
“Günay Bank”da olan əmanətlər qaytarılacaqmı?
Banklarda əmanətlər azalır: əsas səbəb faizlərdir
Banklar kredit verməyi niyə dayandırıb? - RƏSMİ AÇIQLAMA
Mərkəzi Bank depozit hərracının məbləğini azaltdı
Ən böyük faiz gəliri olan bank hansıdır?
Deputatdan regionlarla bağlı VACİB TƏKLİF
Krediti olanlara MB-dən SEVİNDİRİCİ XƏBƏR
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 