Azərbaycanda məzarlara baxım xidməti fəaliyyətə başlayıb. Ölkədə ilk olan bu xidmət özəl sektora aiddir.
Məzarlara baxım, qulluq kimi xidmətlər təklif edən müəssisənin qəbiristanlıqlara bu şəkildə müdaxiləsinin qanuni olub-olmadığı müzakirələrə səbəb olub.
ONN media bidirir ki, məsələ ilə bağlı Dini Qurumlarla iş üzrə Dövlət Komitəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qəbiristanlıqlara nəzarət bələdiyyələrin səlahiyyətindədir:
“Qəbiristanlıqların salınması və idarə olunması ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarı var. Burada qeyd edilən səlahiyyət bölgüsünə əsasən, bu sahə bələdiyyələrə aiddir”.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Cavanşir Paşazadə isə qeyd edib ki, qanunla qəbiristanlıqlara nəzarəti bələdiyyələr həyata keçirir. Deputatın sözlərinə görə, burada hər hansı fəaliyyət yalnız bələdiyyələrə aiddir:
“Qanun çərçivəsində şirkət öz fəaliyyətini göstərə bilər, qadağan olunmayan məsələləri təmin edə bilər. Xaricdə yaşayan və ya uzaqda olan şəxslər sevdiklərinin qəbirlərinə baxım üçün özəl şirkətə müraciət edə bilərlər.
Bu xidməti təklif edən müəssisə müvafiq olaraq, vergi və ödənişlərini etməli, həmçinin qəbiristanlıqlara nəzarət edən qurumdan icazə alaraq fəaliyyətini qurmalıdır. Bununla da problem yaradacaq məsələ olmaz”.



Şəhidlər və Fəxri Xiyabanlar da bələdiyyələrə veriləcək
Bələdiyyələr tənqid edildi
“Elə olmasın ki, burada dediyim, burada da qalsın” -TƏNQİD
Deputatdan bələdiyyələrlə bağlı mühüm təklif
Nəzir vermək üçün xüsusi qaydalar HAZIRLANIR: BUNDAN SONRA...
Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirilib
Əli Əsədovdan Dövlət Komitəsi ilə bağlı QƏRAR
Qəbiristanlıqlarla bağlı yeni qərar
İcra hakimiyyətləri bələdiyyələri saymır- DEPUTATDAN NARAZILIQ
Azərbaycanda qadınlar da dini ayin icra edə biləcəklər
Parlamentin komitə sədrləri xidməti avtomobillərlə təmin edildi
Onlar Azərbaycandan deportasiya edildi - Qanunsuz dini təbliğat...
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 