İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) təşəbbüsü ilə Bakı şəhərindəki uşaq sığınacaqlarında məskunlaşan uşaqlar üçün ixtisaslı həkim müayinələri təşkil olunub.
Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tibbi müayinə 19-24 may tarixlərində dörd uşaq sığınacağı və bir uşaq reabilitasiya mərkəzində keçirilib.
Altı gün davam edən aksiyada 10 nəfəri qadın olmaqla ümumilikdə 168 nəfər iştirak edib.
Qanın ümumi və biokimyəvi göstəricilərini, qalxanabənzər vəzinin hormonlarının, D və B12 vitaminlərinin səviyyələrini müəyyən etmək üçün qan nümunələri götürülərək laborator müayinəyə göndərilib.
Müayinələr nəticəsində uşaqların 90%-də vitamin D çatışmazlığı aşkar olunub, bir neçə nəfərdə isə qalxanabənzər vəzinin hormonlarının səviyyəsi normadan artıq çıxıb.
Analizlərin nəticələrinə uyğun olaraq həkim-pediatrlar tərəfindən müalicə üçün təyinat verilib.
Sığınacaqlarda portativ müayinə cihazları vasitəsilə ultrasəs müayinə (USM) və exokardioqrafiya (EXO) funksional-instrumental müayinələr də aparılıb. Müayinə nəticələrinə əsasən, bir uşaqda anadangəlmə ürək qüsuru, iki uşaqda splenomeqaliya (dalağın çəkisinin və ölçülərinin böyüməsi), bir yeniyetmədə qoltuqaltı furunkul (irinli-nekrotik iltihab) və bir qadında xroniki kalkulyoz xolesistit (öd daşı xəstəliyi) aşkarlanıb. Biri ürək əməliyyatı olmaqla dörd nəfərdə cərrahi əməliyyatın aparılmasına qərar verilib.
Ümumi cərrahın göstərişi əsasında 15 uşağın onurğa sütununun rentgenoqrafiyası aparılıb, müalicə məqsədi ilə təyin olunan dərman preparatları Agentlik tərəfindən sığınacağa təhvil verilib. Bundan əlavə, 22 nəfər oftalmoloji, dörd nəfər nevroloji və üç nəfər endokrinoloji stasionar müayinələrə cəlb olunub və onlar zəruri dərman preparatları ilə təmin olunublar. Ehtiyacı olan uşaqlara göz eynəkləri verilib. Bir nəfərdə qoturluq dəri xəstəliyi aşkarlanıb və o, müalicə üçün Uşaq Dəri Zöhrəvi Dispanserinə yerləşdirilib.



500-dən çox məktəblidə qamət pozğunluğu aşkarlandı
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
Çekup müayinələri pulsuz olacaq?
Pulsuz tibbi xidmət hansı xəstəxanalarda keçərlidir? - SİYAHI
Tibbi sığorta başlandı: SON VƏZİYYƏT
Vətəndaşlar BU ANALİZLƏRİ pulsuz verə biləcək
Vasif Talıbov Dövlət Agentliyinin statusunu dəyişdi
Bu şəxslər pulsuz müalicə olunacaqlar
Azərbaycanda bu şəxslər pulsuz xidmətlərdən yararlana bilər - RƏSMİ
Novruz Məmmədov tapşırıq verdi
İcbari tibbi sığorta üçün maaşdan daha çox pul tutulacaq
İcbari tibbi sığortanın qiyməti açıqlandı
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 