Vətəndaş yalnız tibbi göstəriş, yəni sağlamlıqla bağlı şikayəti olduğu halda, icbari tibbi sığorta hesabına, yəni ödəniş etmədən tibbi müayinədən keçə bilər.
ONN media xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi xidmətlər və dərman vasitələri departamentinin rəhbəri Nərgiz Ağayeva deyib.
O qeyd edib ki, tibbi göstəriş yoxdursa, icbari tibbi sığorta hər hansı müayinənin ödənişini qarşılamır:
"Arayışın alınmasında isə tibbi göstəriş yoxdur. Ona görə də profilaktik müayinə sayılır və icbari tibbi sığorta təminatına daxil deyil.
Sağlamlıq haqqında arayış üçün təyin olunan 40.12 manatı ödəyən vətəndaş terapevt, cərrah, nevropatoloq, oftalmoloq, otolarinqoloq, dermatoveneroloq, stomatoloq müayinəsindən keçir, flüoroqrafiya, qanın və sidiyin ümumi analizini verir. Arayışın qiyməti təyin edilərkən tibbi xidmətlərin maya dəyəri, əhalinin tələbatı, instrumental-laborator müayinələrin həcmi nəzərə alınır".
"Lakin gələcəkdə ola bilsin ki, çek-ap müayinələrini Xidmətlər Zərfinə salaq və ya ilkin səhiyyədə bu müayinələr aparılsın. Bu müayinələrin də nəticəsində artıq sağlamlıq haqqında arayış formalaşacaq. Yəni bunun üzərində işləyirik. Ona görə də hansı çek-ap Xidmətlər Zərfinə salınacaqsa, ondan irəli gələn arayışların da Xidmətlər Zərfinə salınması barədə düşünəcəyik", - deyə o əlavə edib.



Maaşından pul tutulanlara MÜHÜM XƏBƏR - Şəxsiyyət vəsiqəsi ilə ...
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
İcbari tibbi sığorta üçün maaşdan daha çox pul tutulacaq
Vətəndaşlar BU ANALİZLƏRİ pulsuz verə biləcək
Ölkədə tibbi arayışlar ödənişli olacaq?
Tibbi sığorta ilə dərmanlar pulsuz veriləcək? - RƏSMİ AÇIQLAMA
İcbari siğorta ilə bağlı YENİLİK
Tibbi sığorta başlandı: SON VƏZİYYƏT
Vasif Talıbov Dövlət Agentliyinin statusunu dəyişdi
Pulsuz tibbi xidmət hansı xəstəxanalarda keçərlidir? - SİYAHI
Bu, daha bir il müddətinə təxirə salındı - Qanun
Tibbi xidmət tamamilə pulsuz olacaq? – Ramin Bayramlı AÇIQLADI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 