Azərbaycan Respublika Təhsil İnstitutu (ARTİ) Müəllimlərin İşə Qəbulu müsabiqəsinin imtahan mərhələsində riyaziyyat fənni üzrə test tapşırıqlarına dair sosial mediada yayılan iddialarla bağlı araşdırma aparıb.
Bu barədə ONN media-ya ARTİ-dən məlumat verilib.
Qeyd olunub ki, həmin iddialarda iyulun 14-də keçirilən riyaziyyat fənni üzrə imtahanda istifadə edilən 3 sualın bundan əvvəl bəzi namizədlərə videoformatda izah edilməsi əks olunur:
"ARTİ beynəlxalq təcrübəyə uyğun olaraq test bankına daxil edilməsi üçün fənn mütəxəssislərinə orijinal sualların hazırlanması sifarişini verir. Sualların (və ya onların analoqlarının) məxfiliyinin qorunmasına, üçüncü tərəflə paylaşılmamasına və müəlliflər tərəfindən təlim mərkəzlərində bu istiqamətdə hazırlıq aparılmamasına dair sual müəllifləri ilə məxfilik müqaviləsi bağlanılır.
Araşdırma nəticəsində məlum olub ki, cəlb edilən müəlliflərdən Siracəddin Quluzadə onunla bağlanmış məxfilik müqaviləsinin şərtlərini pozaraq ARTİ-yə təhvil verdiyi orijinal test tapşırıqlarını müəllim hazırlıq mərkəzlərindən birinin test bankına da təqdim edib. Bu suallar həmin hazırlıq mərkəzi tərəfindən imtahandan əvvəl yayımlanan videodərs zamanı çoxsaylı suallar arasında müzakirə üçün istifadə olunub. İyulun 14-də keçirilən riyaziyyat fənni üzrə imtahanda istifadə edilən 3 sualın (S.Quluzadə tərəfindən MİQ sual bankına təqdim edilmiş) imtahandan əvvəl bəzi namizədlərə videoformatda izah olunması iddiası öz təsdiqini tapıb.
ARTİ bildirir ki, bağlanmış xidməti müqavilənin şərtlərini kobud surətdə pozduğuna görə, S.Quluzadə ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müvafiq hüquqi addımlar atılacaq. Hazırda ARTİ bu hadisənin imtahan nəticələrinə olan təsirləri ilə bağlı elmi-statistik təhlil aparır. Yekun nəticələrə dair qərar barədə ictimaiyyətə ətraflı məlumat veriləcək" - məlumatda bildirilib.



MİQ imtahanı yenidən keçiriləcək
Təhsil İnstitutu narazı müəllimlərə müraciət etdi
Bu tarixdə MİQ imtahanı verənlərin NƏZƏRİNƏ
MİQ müsabiqəsinin test imtahanı mərhələsi başladı
Təhsil Nazirliyi imtahan suallarının çətin olduğunu təsdiqlədi
Ötən gün sertifikatlaşdırma imtahanında 38 müəllim maksimum bal toplayıb
Nazir müavini: "Müəllimlərin işə qəbulu üzrə müsabiqədə 8 sualda səhv olub"
Müəllimlərin işə qəbulu qaydalarına DƏYİŞİKLİK EDİLİR - FOTO
Riyaziyyat müəllimi olmaq istəyənlərin diqqətinə
Ən yüksək bal toplayan müəllimlərin nəticələri açıqlandı
MİQ imtahanında test imtahanı öncədən satılıb?
Müəllimlərin işə qəbulu imtahanları başlayır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 