Dünən terror hücumuna məruz qalan millət vəkili Fazil Mustafa hadisə ilə bağlı ilk açıqlama verib.
ONN media xəbər verir ki, o, "Haqqın.az" saytının rəhbəri Eynulla Fətullayev ilə əlaqə saxlayıb.
F. Mustafa jurnalistə açıqlamasında bunları deyib.
"Evə qədər sürdüm. Maşını qaraja daxil etmək istəyəndə birdən nə olduğunu başa düşmədim. Pultun düyməsini sıxıb qaraja daxil olmağa hazırlaşırdım. Birdən maşının “podpres”i silkələndi. Çiynimdə dəhşətli ağrı hiss eləyirdim. Ağrılardan sonra bunun atəş zərbəsi olduğunu anladım, çünki atəş səslərini eşitdim. Qapını açıb düşdüm. Darvazaya tərəf bir neçə addım atanda artıq ikinci güllə mənə dəydi. Ayağımdan yaralandım. Evə gedərək tez qapını bağladım".
Millət vəkilinin sözlərinə görə, sonra qapını bağlayaraq Təcili yardım və hüquq mühafizə orqanlarına məlumat veriblər: "Təcili yardım maşınında özümü təhlükəsiz hiss edəcəyim xəstəxanaya aparılmağı xahiş etdim. Amma çox qan itirmişdim. Bədənim əsirdi. Daha heç nə xatırlamıram".
Danışıq zamanı F. Mustafanın həyat yoldaşı və oğlu da yanında imiş. Həyat yoldaşı əlavə edib ki, atəş səsi qorxulu olub. Fazil Mustafa isə möcüzə baş verdiyini əlavə edir: “Özüm də başa düşmədim ki, necə sağ qaldım. Allah saxladı. Möcüzə oldu”.
Xatırladaq ki, dünən Zabrat qəsəbəsində yerləşən evinin qarşısında silahlı hücuma məruz qalan millət vəkilinə avtomat silahdan çoxsaylı atəş açılıb. F.Mustafa iki güllə yarası alıb. Çiyin nayihəsindən və ayağından yaralanan millət vəkilinə ilk olaraq Kliniki Tibbi Mərkəzdə (Semaşko) həkim müdaxiləsi edilib. Sonra isə deputatın təhlükəsizliyinin daha yaxşı təşkil olunması məqsədilə o, hüquq-mühafizə qurumlarından birinin hospitalına aparılıb



Fazil Mustafa necə güllələnib?
Fazil Mustafanın son durumu necədir?
Fazil Mustafanın maşını nə üçün ekspertizaya aparıldı?
Fazil Mustafa Türkiyədəki tələbələrlə bağlı çağırış etdi
Türmədə idim, kimsə dedi ki, qardaş, qapını aç, çıx - VİDEO
SON DƏQİQƏ: Fazil Mustafa güllələndi
Ermənistanda silahlı insident oldu
Fazil Mustafanın “İslam qorxusu və müsəlman qoxusu”...
Fazil Mustafaya sui-qəsdlə bağlı saxlanılanların sayı BƏLLİ OLDU - RƏSMİ
Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı detallar açıqlandı
Sərt karantin tətbiq olunmalıdır, amma... - FAZİL MUSTAFA
Düşmən olduqca hiyləgər taktika seçib - Fazil Mustafa
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 