Xəbər verdiyimiz kimi, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xankəndiyə göndərdiyi humanitar yardım ötən gündən Ağdam-Xankəndi yoluna çatıb. Amma “acından ölən” ermənilər yardımı qəbul etmək fikrində deyillər. Bundan başqa Fransa şəhərləri 10 TIR-la Qarabağ erməniləri üçün “humanitar yardım” göndərib, hətta “yardımı” Paris meri şəxsən müşayiət edir. Artıq yük Laçın dəhlizinə yaxınlaşıb. Ermənilər bununla nə demək istəyir? Dünyaya hansı mesajı göndərmək fikrindədir.
ONN media Adalet.az-a istinadla xəbər verir ki, hüquqşunas, İqtisad üzrə fəlsəfə doktoru, ekspert Cavid İsmayıl mövzu ilə bağlı suallarımızı cavablandırdı. O, bildirdi ki, Azərbaycanın uğurlarını həzm edə bilməyən qüvvələr var:”Azərbaycanın şanlı tarixinin 44 günlük Vətən savaşı səhifəsini həzm edə bilməyənlər və eyni zamanla bu şərəf tarixinin yazıldığı dövrdən regionda yeni reallıqlar yaradan və bu reallığı diktə edən Azərbaycanın olduğunu qəbul edə bilməyən mənəviyyatdan, insani keyfiyyətlərdən, beynəlxalq hüquqdan uzaq olanlar az qala Azərbaycana bu aspektdə dil uzadırlar. Anti türk, anti islam və ümumiyyətlə insanlığa, haqqa, ədalətə və beynəlxalq hüquq və normalara qarşı olan “demokratiya” və “insan hüquqları müdafiəçiləri” indi də başlayıblar “humanitar yardım” adı altında siyasi əxlaqsızlığa. İndi Azərbaycan “Qızıl Ay”ın vasitəsi ilə, Xankəndi ermənilərinə yardım göndərsə də, onlar bunu qəbul etmir və əksinnə olaraq publik şəkildə yenə də təhdid dili ilə danışırlar”
- Maraqlıdır ki, separatçıların müraciət etdikləri beynəlxalq aləm onlara: “acsınızsa, niyə 40 ton undan imtina edirsiniz” demir?
-Bəli, hər kəsə aydındır ki, Xankəndidə kifayət qədər ərzaq var və onların əsas məqsədi heç də ərzaq məsələsi deyil. Sadəcə bu xətt üzərində öz aləmlərində beynəlxalq təziq vasitəsi olaraq Azərbaycana qarşı istifadə etmək və öz çirkin əməllərinə nail olmaqdır. Təbii ki, bu xülyadır və buna onlar nail ola bilməyəcəglər. Hər kəs anlamalıdır ki, Azərbaycn güclü dövlətdir və onun dəmir iradəyə sahib olan güclü lideri var. Cənab prezident dəfələrlə bütün mötəbər kürsülərdən səsləndirib; “Bizə heç kim təziq edə bilməz!” Ermənilər anlamalıdırlar ki, onlar tarixən siyasi masa üzərində sadəcə olaraq siyasi məqsədlər üzərində istifadəyə çıxarılan bir toplumdur. Bu masa üzərində isə müftəlif dövrlərdə əsrlərdir istifadə edildiyindən artıq üfunət iyi verirlər. Bir qədər sonra isə bunlar istifadə müddətini keçən bir tullantı kimi kənarda qalacaqlar, mütləq qalacaqlar- deyə ekspert vurğulayıb.
Qeyd edək ki, hazırda içərisində 40 ton un məmulatları olan iki TIR dünəndən etibarən Ağdam-Xankəndi yolunun üzərindəki Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir
Ekspert:"Qızıl Ay"a maneə də, Fransanın 10 TIR yardımı da siyasi əxlaqsızlıqdır"



Bakı Fransanın "yardımı"nı buraxmadı – Təcili
Rusiyanın yardım maşını Xankəndiyə yola düşdü
Rusiyanın yardım maşını Ağdama qayıtdı
Yardım maşınımız 21 gündür yolda gözləyir
Separatçılar Ağdam- Xankəndi yolu üzərində yükü qəbul edəcəklər
Makron İlham Əliyevə zəng edib
Separatçılar Ağdam yolunu yenə bağladı
Ceyhun Bayramov BMT Baş katibinə məktub göndərdi
Ermənilər ərzaq yardımını qəbul etməkdən yayınır
Türkiyənin Qırmızı Aypara Cəmiyyəti Azərbaycanda Ramazan yardımı paylayır
Sülhməramlılar yenə ermənilər üçün aksiya keçirdi
70 tonluq humanitar yardım Laçın yolundan keçdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 