Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 23-də Kazanda Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit ilə görüşü olub.
ONN media xəbər verir ki, Laos Prezidenti ölkəsi ilə Azərbaycan arasında yaxşı əlaqələrin olduğunu vurğulayaraq iqtisadiyyat, ticarət, investisiya, turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişafı üçün əlverişli perspektivlərin mövcudluğunu qeyd edib.
Thonqlun Sisulit hələ 1981-ci ildə Bakıda olduğunu məmnunluqla xatırlayaraq, ötən dövr ərzində Azərbaycanın böyük inkişaf yolu keçdiyini vurğulayıb. O, sovetlər dövründə çox sayda laoslu mütəxəssisin Azərbaycanda təhsil almasına görə təşəkkürünü bildirərək, bu gün də həmin şəxslərin Laosda nazir, nazir müavini və digər rəhbər vəzifələrdə fəaliyyət göstərərək ölkənin inkişafına töhfə verdiklərini deyib.
Thonqlun Sisulit dövlət başçısını Laosa səfərə dəvət edib.
Xoş sözlərə görə minnətdarlığını ifadə edən Azərbaycan Prezidenti dəvətə görə təşəkkürünü bildirib.
Dövlət başçısı ölkələr arasında iqtisadiyyat, ticarət, enerji sahələrində əlaqələrin inkişaf etdirilməsi üçün müvafiq işçi qrupunun yaradılması və mütəxəssislərdən ibarət hökumət nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkil olunmasını qeyd edib.
Prezident İlham Əliyev Azərbaycanın təhsil sahəsində Laosa bundan sonra da dəstək göstərməsi imkanlarına toxunub.
Görüşdə gələn il Azərbaycan ilə Laos arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunacağı vurğulanıb, ölkələrin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı qeyd edilib



İlham Əliyev Laos prezidentini təbrik etdi
İlham Əliyev Lorenzo Simonelli ilə görüşdü
Leyla Əliyeva Çinin xarici işlər nazirinin müavini ilə görüşüb
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının yeni səfirinin etimadnaməsini qəbul edib
Bayramov Pakistanın Prezidenti ilə görüşdü
İlham Əliyev Mirziyayevə zəng etdi
Çin şirkətləri Qarabağa dəvət olundu
İlham Əliyev Fuad Oqtayla görüşdü
Prezident Gürcüstanın XİN başçısını qəbul etdi
İlham Əliyev Mirziyayevlə görüşdü
İlham Əliyev türkiyəli naziri qəbul edib
İlham Əliyev Xarici İşlər üzrə Çin Xalq İnstitutunun prezidentini qəbul edib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 