Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də “Baker Hughes, a GE company” şirkətinin sədri, prezidenti və Baş icraçı direktoru Lorenzo Simonellini qəbul edib.
ONN media xəbər verir ki, qəbula görə minnətdarlığını bildirən Lorenzo Simonelli Prezident İlham Əliyevlə görüşdən məmnun olduğunu vurğulayıb. O, Azərbaycanda böyük inkişaf proseslərinin şahidi olduğunu deyib və ölkəmizdə neft və qaz sənayesi, turizm, idman və digər sahələrdə əldə olunan nailiyyətlərin önəmini qeyd edib. Lorenzo Simonelli Azərbaycanda 1840-cı illərdə sənaye üsulu ilə ilk neft quyusunun qazıldığını vurğulayaraq təmsil etdiyi şirkətin Azərbaycanın neft və qaz sənayesinin inkişafına töhfə verməsindən məmnunluq hissi keçirdiklərini deyib.
Xoş sözlərə görə minnətdarlığını bildirən dövlət başçısı “Baker Hughes, a GE company” şirkətinin Azərbaycanla neftayırma və digər sahələrdə əməkdaşlığının uğurlu nəticələrinin ölkəmizin enerji sektorunun modernləşməsinə töhfə verməsini yüksək qiymətləndirib. Azərbaycanda əldə olunan nailiyyətlərə toxunan Prezident İlham Əliyev ölkəmizin enerji, sənaye və digər sahələrdə böyük inkişaf əldə etməsinin əhəmiyyətini qeyd etdi. Dövlətimizin başçısı Lorenzo Simonellinin Azərbaycana səfərinin səmərəli keçəcəyinə əminliyini bildirib.
Görüşdə əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.



Prezident Rolli Van Rappardı qəbul etdi
İlham Əliyev türkiyəli naziri qəbul edib
İlham Əliyev BP qrupunun baş icraçı direktorunu qəbul etdi
İlham Əliyev bu ölkələrin səfirlərini qəbul etdi - YENİLƏNDİ
İlham Əliyev Xarici İşlər üzrə Çin Xalq İnstitutunun prezidentini qəbul edib
İlham Əliyev Marius Vizeri qəbul etdi
İlham Əliyev Selçuk Bayraktarı qəbul edib - YENİLƏNİB
Prezident BƏƏ nazirini qəbul etdi - YENİLƏNDİ
Prezident Bayraqdarı qəbul etdi
İlham Əliyev “SAP SE” şirkətinin baş icraçı direktoru ilə görüşüb
Nazarbayev İlham Əliyevə başsağlığı verdi
İlham Əliyev Laosla görüşüb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 