İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi dərman vasitələrinin təminatı prosesini açıqlayıb.
ONN media xəbər verir ki, Agentliyin Dərman və tibbi vasitələr şöbəsinin müdiri Elmin Quliyev bu gün TƏBİB və Agentlik tərəfindən keçirilən "İctimaiyyətlə əlaqələr və media nümayəndələri üçün təlim"də bildirib ki, vətəndaş tibb müəssisəsində qeydiyyatçıya yaxınlaşdıqdan sonra müvafiq ixtisaslı həkimin qəbuluna yönəldiləcək:
"O, həkim tərəfindən müayinə olunacaq və diaqnoz qoyulacaq. Zəruri hallarda "e-resept" sistemi ilə icbari tibbi sığorta üzrə resept yazılacaq. Vətəndaş resept əsasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqavilə bağlamış aptekə yaxınlaşacaq. Öz şəxsiyyət vəsiqəsini təqdim edəcək və ona sığorta hesabına qarşılanan dərman veriləcək. İcbari tibbi sığortanın məlumat bazasında qeydiyyat aparılacaq, aptek tərəfindən təqdim olunan hesabatların ekspertizası aparılacaq və icbari tibbi sığorta fondu tərəfindən apteklərə ödənişlər ediləcək".
E.Quliyev bildirib ki, ambulator dərman təminatı prosesində özəl aptek təşkilatları ilə əməkdaşlıq ediləcək:
"Lisenziyası olan və müvafiq sertifikasiyadan keçmiş əczaçılardan ibarət işçi heyətə sahib olan aptek təşkilatları Agentliklə əməkdaşlıq üçün könüllü müraciət edə biləcəklər. Həmin müraciət əsasında ambulator şəraitdə dərman vasitələrinin buraxılması haqqında sənədin nümunəvi formasına uyğun Agentlik və apteklər arasında müqavilələr bağlanacaq. Bütün proses müqavilənin şərtlərinə uyğun tənzimlənəcək".
Dərmanları aptekdən pulsuz necə alacağıq?



Tibbi sığorta ilə dərmanlar pulsuz veriləcək? - RƏSMİ AÇIQLAMA
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
Vətəndaşlar BU ANALİZLƏRİ pulsuz verə biləcək
Pulsuz tibbi xidmət hansı xəstəxanalarda keçərlidir? - SİYAHI
Aptekdən PULSUZ DƏRMAN ala biləcəksiniz: Şəxsiyyət vəsiqəsi ilə...
Maaşından pul tutulanlara MÜHÜM XƏBƏR - Şəxsiyyət vəsiqəsi ilə ...
Vasif Talıbov Dövlət Agentliyinin statusunu dəyişdi
Azərbaycanda bu şəxslər pulsuz xidmətlərdən yararlana bilər - RƏSMİ
Tibbi sığorta başlandı: SON VƏZİYYƏT
İcbari tibbi sığorta üçün maaşdan daha çox pul tutulacaq
Ölkədə tibbi arayışlar ödənişli olacaq?
Hamilə qadınlara bununla bağlı şad xəbər
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 