Caydev “Cey” Sinqx (Jaidev “Jay” Singh) ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının yeni direktoru qismində vəzifəsini icra etməyə başlayıb.
ABŞ-ın Azərbaycandakı səfirliyindən ONN media-ya verilən məlumata görə, C.Sinqx Azərbaycanın qarşıya qoyduğu prioritetlərə dəstək göstərən proqramlara rəhbərlik edəcək: "C.Sinqx gələcək illərdə USAID-in Azərbaycanla əməkdaşlığına dair müsbət və iddialı baxışa malikdir".
“Bizim Azərbaycan xalqı ilə möhkəm dostluğumuz var. Regionda inkişaf lokomotivi ola biləcək sabit və firavan Azərbaycan uğrunda dostluğumuzu və tərəfdaşlığımızı gücləndirməyi ümid edirəm. Əsas prioritetlərdən biri iqtisadi və siyasi tərəfdaşlığımızı dərinləşdirmək üçün hər iki ölkədə özəl sektorla işləmək olacaq”, - C.Sinqx qeyd edib.
Bu vəzifəyə təyin olunmazdan əvvəl, xarici diplomatik xidmət əməkdaşı olan Sinqx təşkilatın Vaşinqtondakı baş ofisində və digər ölkələrdəki missiyalarda aparıcı vəzifələrdə çalışaraq inkişaf və humanitar məqsədlərə nail olmaq üçün ikitərəfli və çoxtərəfli inkişaf tərəfdaşları ilə strateji mühüm olan əlaqələrə rəhbərlik edib. O, Mali, Bosniya və Hersoqovina, Yaponiya, Cənubi Sudan, Cibuti, Kenya və Əfqanıstanda müxtəlif vəzifələrdə işləyib.
Sinqx həyat yoldaşı Kristin Sinqxlə birgə gəlib – o, Bakıdakı ABŞ səfirliyində çalışacaq. Onların iki övladı var – onlardan biri Moldovada Sülh Korpusunun könüllüsüdür, kiçik oğul isə ABŞ-da məktəbdə oxuyur. O, Vaşinqton Universitetində (Sietl şəhəri) doktor dərəcəsinə yiyələnib, habelə biznes idarəçiliyi və beynəlxalq diplomatiya üzrə magistr dərəcəsinə malikdir.
1991-ci ildə USAID Dağlıq Qarabağ münaqişəsi nəticəsində zərər çəkmiş 800 000-dən artıq qaçqın və məcburi köçkünə humanitar yardım göstərməklə Azərbaycanda yardım proqramlarına başlayıb. Həmin proqramlar vasitəsilə qida, geyim, sığınacaq, tibbi xidmətlər və iş bacarıqları üzrə təlimlər təmin olunub. 1998-ci ildə USAID humanitar yardım proqramlarından daha geniş iqtisadi, sosial və demokratik inkişaf proqramlarına keçid etdi. USAID su və sanitariya, vətəndaş cəmiyyəti, idarəetmə, kənd təsərrüfatı, biznes mühitinin yaxşılaşdırılması və Ümumdünya Ticarət Təşkilatına qəbul, habelə vərəmə nəzarət, ana, neonatal və uşaq sağlamlığı və ana və uşaqların qıdalanması sahələrində proqramlara dəstək vermişdi.
Bu gün USAID Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafını və regional bazarlara inteqrasiyasını, habelə ABŞ və Azərbaycan arasında iqtisadi imkanların yaradılmasını dəstəkləyən proqramlar vasitəsilə Azərbaycan xalqına dəstəyini davam etdirir. Həmçinin USAID yerli sosial-iqtisadi məsələlərin həllində vətəndaşların imkanlarını artırır, habelə yerli icmaların bacarıqlarını artırmaqla və vətəndaş cəmiyyətinə dəstək göstərməklə yaşam mühitini yaxşılaşdırır.
Bundan başqa, USAID iş tapmaq, biznes qurmaq və lider vəzifələrdə xidmət etmək üçün qadın və gənclərə lazım olan bacarıqları verməklə və dəstəyi göstərməklə Azərbaycanda işçi qüvvəsinin formalaşdırılmasına yardımçı olur.



Energetika Nazirliyində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Missiya direktoru ilə görüş keçirilib
Ağ Ev Azərbaycana 2 milyon dollar ayırdı
Samanta Pauer Azərbaycana gəldi
SON DƏQİQƏ: Aİ Ermənistan-Azərbaycan sərhədində 2 illik patrul xidmətinə QƏRAR VERDİ
Tanınmış aktyor İNTİHAR ETDİ
Fermer fəaliyyəti ilə bağlı yeni standart qəbul edildi
Yuri Kim İrəvana gəlir
ABŞ Azərbaycana 1,47 milyon dollar yardım edəcək
Ramiz Mehdiyevin yerinə yeni TƏYİNAT
Azərbaycan və Ermənistan səfirləri Bakıda görüşdü
Mehriban Əliyevanın köməkçisi Emin Hüseynov kimdir?
Azərbaycanda sarı pendİr istehsal olunacaq - İLK DƏFƏ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 