“Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin danışıqlar masasına gətirilməsi barədə iddialarının yeganə məqsədi danışıqlar prosesini məhv etməkdən ibarətdir”.
ONN media xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdəki çıxışını şərh edərkən deyib.
XİN rəsmisi gücdən istifadə edərək Azərbaycan ərazilərinin hərbi işğalının davam etdirilməsinə görə məsuliyyət daşıyan tərəfin Ermənistan Respublikası olduğunu bildirib:
“İşğal faktına görə beynəlxalq hüquqi məsuliyyət münaqişə tərəfi kimi Ermənistanı təsbit edir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə görə Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmayana qədər Ermənistan bu məsuliyyətdən qaça bilməz”.
XİN rəsmisi deyib ki, N.Paşinyan tərəfindən Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki erməni əhalisinə “dağlıq qarabağ xalqı” deyə müraciət etməsi tamamilə əsassızdır:
“ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən təqdim olunan və hal-hazırda müzakirədə olan bütün sənədlərdə Azərbaycanın keçmiş Dağlıq Qarabağ Müxtar Vilayətinin əhalisi kimi erməni və azərbaycanlı icmaları müəyyən edilib. Ziddiyyətli açıqlamalarla çıxış etmək əvəzinə Ermənistan baş nazirə sənədləri oxumağı, xüsusilə münaqişənin həlli ilə əlaqədar savadlılığını artırmağı tövsiyə edirik”.
Hacıyevin sözlərinə görə, bu kimi provokativ və ziddiyyətli açıqlamalarla çıxış edərək vəziyyətin gərginləşdirilməsinə və danışıqlar prosesinin pozulmasına görə məsuliyyət Ermənistan baş nazirinin üzərinə düşür.



PA rəsmisindən İrəvana XƏBƏRDARLIQ: danışıqlar prosesinin formatı...
“Danışıqlar naminə danışıqlar hər kəsi taqətdən salıb”
Azərbaycan XİN Paşinyanın bəyanatına cavab verdi
Rəsmi Bakı: Paşinyanın Qarabağa səfəri müharibə çağırışıdır
Ermənistan yenidən təxribat törədə bilər - Hikmət Hacıyev
Azərbaycan XİN-dən Paşinyana CAVAB
XİN-dən Paşinyana - ETİRAZ
Ceyhun Bayramovdan Mnatsakanyana CAVAB
Ermənistan parlamentində Qarabağ dinləmələri keçiriləcək
Pakistandan Azərbaycana DƏSTƏK
Ermənistan Qarabağa PKK terrorçularının gətirilməsi üçün dəhliz yaradıb - Hikmət Hacıyev
ABŞ nəşri Ermənistanın hərbi cinayətlərindən yazdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 